PUTİN PREZİDENT ANDI İÇDİ

putin

O, and içərək səlahiyyətlərinin icrasına başladı; müxalifət isə etiraz etdi

Vladimir Putin üçüncü dəfə Rusiya prezidenti oldu. O, bir neçə saat öncə and Kremldə keçirilən andiçmə məraizimində and içərək səlahiyyətlərinin icrasına başlayıb. İki dəfə bu postu tutan Putin qarşıdakı 6 ildə Rusiyaya rəhbərlik edəcək. Putin əlini Rusiya konstitutsiyasına qoyaraq ölkə vətəndaşlarının etimadını doğruldacağına, ölkənin suverenliyini və ərazi bütövlüyünü qoruyacağına, qanunun imkan verdiyi səlahiyyətlər daxilində insan hüquq və azadlıqlarının təmin olunmasında əlindən gələni edəcəyinə and içib. Rusiya Konstitutsiya Məhkəməsinin sədri Valeri Zorkin Putini Rusiya prezidenti elan etdikdən sonra dövlət himni səsləndirilib. Andiçmə mərasiminə 3 min yerli və xarici qonaq dəvət olunub. Tədbirə İtaliyanın keçmiş baş naziri Silvio Beluskoni və Almaniyanın eks kansleri Herard Sröder də qatılıb. Andiçmə mərasimi atəşfəşanlıqla başa çatıb.

Əlavə edək ki, Putin andiçmə mərasiminin keçirildiyi vaxt Rusiya müxalifətinin fəalları Kreml yaxınlığında etiraz aksiyası keçirməyə cəhd göstərib. Polis müxalif fəalların askiyası zamanı zorakılıq işlədərk etirazçıları həbs edib. Həbs olunanlar arasında Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov da var. Tver bulvarında isə 300-ə yaxın Putin əleyhdarı “Putin hamını sevir” yazılan plakat qaldırıblar. Onlar Putin əleyhinə şüarlar səsləndiriblər. Polis həmin aksiyaya da müdaxilə edib. 80 nəfər həbs olunub.

~ tərəfindən Patriot 07/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma