İÇTİMAİ PALATA HAKİMİYYƏTƏ GÜC GÖSTƏRDİ (VİDEO)

ip - 7 may

Bakının mərkəzini “İstefa” şüarları bürüdü

İctimai Palatanın BŞİH binası önünə təyin etdiyi piket uğurla baş tutub. Piketin qarşşısını almaq üçün polisin səfərbər olunması aksiyaya mane ola bilməyib. Aksiya iştirakçıları “Azadlıq” və “İstefa” şüarları ilə BŞİH-in binası qarşısına yürüş edib. Polislər aksiyaçıların bina qarşısında toplaşmasına imkan verməyib. Qarşıdurma yaranıb. Aksiyaya polislə yanaşı mülki geyimli şəxslər də mane olmağa çalışıblar. Aksiya iştirakçıları Fəvvarələr Meydanına doğru yürüş edib.

İlkin məlumatlara görə aksiyada 100-dən çox iştirakçı olub. Aksiyaçılar polislərin onları ərazidən zorla uzaqlaşdırmaq cəhdlərinə ciddi müqavimət göstəriblər. Polislər aksiyaçılardan bir neçəsinə, o cümlədən AXCP sədrinin müavini Gözəl Bayramlıya, partiya fəalları Kəmalə Bənənyarlı, Zərifə Məhəddinova və Təzəxan Mirələmliyə qarşı zorakılıq ediblər.

Aksiya iştirakçıları Sabir bağını qarşısına toplaşaraq təkrar şüarlar səsləndiriblər. Elə burada piketin qətnaməsi oxunub. Bununla da aksiya başa çatıb.

İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına təyin etdiyi piketə dəqiqələr qalmış ərazidə böyük canlanma müşahiə olunur. Media məsubları hadisə yerindən verdiyi xəbərə görə, ərazi, xüsusən də metronun “İçərişəhər” stansiyasının qarşısı polis nəzarətindədir.
Aksiyanın təyin olunduğu əraziyə müşhaidə üçün diplomatik korpus təmsilçiləri də gəlib.

~ tərəfindən Patriot 07/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma