RUSİYA MÜXALİFƏTİ MOSKVANI SİLKƏLƏDİ (VİDEO)

moskva - 6 may

Putinin andiçməsinə bir gün qalmış böyük toqquşma yaşandı

Moskva 6 mayMayın 6-da, Rusiyanın yeni prezidenti kimi Putinin andiçmə mərasiminə bir gün qalmış Moskvada müxalifət “Milyonların marşı” devizi ilə aksiya keçirib. Yürüşlə başlayan aksiya Bolotnı meydanında mitinqlə bitməli idi. Olduqca rəngarəng keçən yürüşdə xüsusilə yada qalan “Sol cəbhənin” qırmızı bayraqlı kolonu olub.
Aksiya iştirakçıları meydana daxil olmaq istəyərkən polislər buna əngəl yaradıb və onların yalnız bir qismini meydana buraxıb. Bu zaman qarşıdurma yaranıb və mitinqçilərlə polislər arasında toqquşma baş verib. Qarşıdurma öncə meydana giriş zamanı polisin aksiya iştiraçılarını yoxladığı «Udarnik» kinoteatrının qarşısında başlayıb. Aksiyanın təşkilatçıları polisin mitinqçiləri meydana buraxmağa qadağa qoyduğunu gördükdə oturaq aksiya qərarı verib.
Hadisələrə OMON müdaxilə edib, aksiya iştirakçılarına qarşı güc işlədib. Polis qüvvələri tüstü buraxan balonlardan istifadə edib.
Aksiyanın keçirildiyi əraziyə yaxın yerləşən “Böyük daş” körpü ətrafında polis xüsusi qəddarlıq nümayiş etdirib. Aksiya iştirakçılarının sıralarını burada yarmağa müvafiq olan polis xüsusi qəddarlıq nümayiş etdirərək müxalifətçiləri həbs etməyə başlayıb. Nəticədə aksiya iştirakçıları polisə müqavimət göstərərək, yandırıcı məhlulardan – «Molotov» kokteyllərindən istifadə ediblər. Məhz burada müxalifət liderləri – aksiyanın təşkilatçılarından Boris Nemtsov, Sergey Udaltsov və Aleksey Navalnı saxlanılıb.

Polisin zorakılığı nəticəsində mitinq baş tutmayıb.  Bütün bunlara baxmayaraq  müxalifət tərəfdarlarının bir qismi meydana toplaşa bilib. Onlar “Putin oğru”, “Putini Kremlə buraxmayaq”, “NTV yalan deyir”, “3-cü müddət yalnız həbsxanada ola bilər” şüarları ilə aksiya keziriblər.
Rusiya KİV-in məlumatına gürə, meydanda fişəng və çadrlar olub, polis onları müsadirə edib. Belə şərhlər var ki, müxalifət Bolotnı meydanında oturaq aksiyaya hazırlaşırmış.
Hökumət meydana 8 min müxalifətçinin yığışdığını deyib. Müxalifət isə aksiyaya 100 min nəfərin qatıldığını bildirir.
Aksiya barədə verilən ilkin məlumatlara görə, 6 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb, aksiya iştirakçılarından biri isə şəkil çəkmək istəyərkən həlak olub.
Aksiya təşkilatçılarını iki il həbs cəzasının gözlədiyi də bildirilir.
Qarşıdurma başlayana qədər müxalifətin yürüşü canlı şəkildə internet vasitəsilə yayımlanıb. Bu müddətdə və qarşıdurma başlayan zaman «Azadlıq» radiosu, “Russia Today” telekanalı, “RİA Novosti” hadisələr barədə operativ məlumatlar  yayıblar.

Aksiyanın xronikası

Aksiya əvvəlcədən planlaşdırıldığı kimi Moskva vaxtı ilə saat 16.00-da başlayıb. Bir qayda olaraq müxalifətin aksiyalarını pozmağa çalışan xüsusi təxribatçı dəstə bu dəfə də yürüş iştirakçıları arasına girib. Təxminən 50 nəfərdən ibarət dəstə kloun paltarı geyinərək aksiya iştirakçılarını qarşıdurmaya və təxribata çəkməyə çalışıblar. Onlar müxalifətçilərin dəstələrinə yaxınlaşaraq “əgər burda sirkdirsə, o zaman klounlar da olmalıdır” deməyə başlayıblar.
Yürüşdə Rusiyanın tanınmış ictimai-siyasi xadimləri, müxalifət liderləri Qriqori Yavlinski, Mixail Kasiyanov, Boris Nemtsov, Serqey Mitroxin, yazıçı Dmitriy Bıkov, bloqqer Aleksey Navalnı, hüquq müdafiəçisi Yevgeniya Çirikova iştirak ediblər.
Yürüşü maraqlı edən daha bir məqam bir kolonun Rusiyada zəruri dəyişikliklərin rəmzi olan 50 metirlik ağ lentlə hərəkət etməsi olub.
Müxalifət təmsilçilərinin əvvəlcədən söylədiyi kimi, aksiya iştirakçılarının meydana buraxılması üçün nəzərdə tutulan dəmir əşyaları aşkarlayan təhlükəsizlik qapıları kifayət etməyib. Nəticədə qapıların qarşısında böyük izdiham yaranıb. Aksiya iştirakçılarının «Bizi meydana buraxın» şüarlarına polis heç bir reaksiya verməyib. Rəsmi orqanlar sonradan bu addımı onunla izah ediblər ki, onlarda əvvəlcədən müxalifətin oturaq mitinqə hazırlaşdığı barədə məlumat olub.
Hələ qarşıdurma başlamamışdan Moskvanın mərkəzi “OMON”, polis və ordu tərəfindən mühasirəyə alınıb. Kremlə, Dövlət Dumasına gedən yollar tamam bağlanıb.
DİN-in məlumatına görə, aksiya zamanı 250 nəfər saxlanılıb. Aksiya iştirakçılarının üzərindən hərbi fişənglər və oturaq mitinq üçün çadırlar aşkarlandığı bildirilir.

~ tərəfindən Patriot 06/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma