“ACINDAN ÖLƏN” ALMANİYA VƏ “LİDER” AZƏRBAYCAN

Flags Azerbaijan Germany

Qiymətləri və əməkhaqlarını müqayisə edib özünüz nəticə çıxarın

Azərbaycan iqtidarının ondan demokratiya, söz azadlığı, insan hüquqlarına sivil yanaşma tələb edən Almaniyaya qarşı anormal “səlib yürüşü” davam edir. Və çox böyük ehtimalla davam da edəcək. Heç Almaniyanın da bunlardan müdafiəsinə ehtiyac yoxdur. Dünyanı avtomobillə təchiz edən bir ölkəni adi alışqan – məhz alışqan – belə istehsal edə bilməyən bir ölkəylə müqayisə etmək düzgün olmazdı.
Bəs fakt nədir? Fakta keçməzdən əvvəl bir xüsusi məqamı diqqətinizə çatdıraq. Çox xırda bir məqamdır, sizə aşağıdakı qiymətləri avro ilə təqdim edəcəyik. Amma avro sizi qorxutmasın. Heç sent də. Bir avro təxminən bir manata bərabərdir. Sent də ki, avronun, bizim dillə desək, qəpikləri.
Əvvəlcə onu qeyd edək ki, Almaniyada əhalinin 23,2%-nin aylıq gəliri 2600-4000 avro arası, 48,7%-nin isə 4000-7500 avro arasıdır.
Azərbaycan Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumatda göstərilir ki, bu ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 497,9 manat və ya orta hesabla ayda 249,0 manat təşkil edib.
Indi internetdə müxtəlif mənbələrdən götürdüyümüz Almaniyada ərzaq və qeyri-ərzaq mallarının qiymətlərini sizlərə təqdim edirik. Bizdəki qiymətləri özünüz bildiyinizdən onları yazmağa ehtiyac duymadıq. Qiymətlər Almaniyada “Lidl” şəbəkə supermarketlərindən götürülüb.

250 qramlıq kərə yağı – 65 sent;
100 qramlıq südlu şokolad – 79 sent;
100 qramlıq qara şokolad, 70% kakao – 1 avro;
1250 qramlıq baton çörək – 69 sent;
2,5 kq kartof – 1 avro;
1 kq apelsin – 1 avro;
1 kq banan – 70 sent;
1 kq pomidor – 1,4 avro;
500 qram xiyar – 35 sent;
Mayonez 500 qr – 1 avro;
Duz 500 qr – 14 sent;
Şəkər tozu, 1 kq – 85 sent;
1 litr süd – 60 sent;
Çay, 40 ədədlik paket – 1 avro;
Makaron 500 qr – 50 sent;
Kolbasa 200 qr – 60 sent;
Çəkilmiş (farş) ət 1 kq – 4 avro.

Siyahını bir qədər də uzatmaq olar. Amma fikrimizcə, hər şey bu qədər sadə və aydındır.
Indi Almaniyada müxtəlif peşə sahiblərinin aylıq məvaciblərinə diqqət yetirin:

Avtomexanik – 3.500 avro;
Aqroservisdə usta köməkçisi – 2500 avro;
Aqrotexnik-mexanizator 2.800 avro;
Mühasib – 6.000 avro;
Süpürgəçi – 1.400 avro;
Mühəndis – 7.200 avro;
Inşaatçı-mühəndis – 10.000 avro;
Şirniyyatçı – 2200 avro;
Rəngsaz – 2500 avro;
Dərzi – 2400 avro;
Proqramçı – 20.000 avro;
Satıcı – 2600 avro;
Xarrat – 3.000 avro;
Dayə – 3100 avro;
Elektortexnik – 3900 avro və s.

Bundan əlavə, Münhendə orta səviyyəli bir restoranda 2 nəfərin üç cür yeməyi onlara 25-30 avroya başa gəlir.
Bir aylıq komunal xərclər (bura qaz, işıq, su, zibil və s.) 150 avro təşkil edir. Və nəhayət, internetdə Almaniyanın Bavariya vilayətində satlığa qoyulan bir evin qiymətini sizlərə təqdim edirik. “Bavariya meşələri” adlanan ərazidə 3 otaqlı evin qiyməti 12500 avroyadır. Maraqlananlar bu ünvana müraciət edə bilərlər: Ferienparkstra’e D-94253 Bischofsmais.

İldə 14 milyon cərrahiyyə əməliyyatı

Almaniyada səhiyyənin necə inkişaf etdiyini xüsusi qeyd etməyə ehtiyac yoxdur. Təkcə bir rəqəmi nəzərinizə çatdıraq; hər il bu ölkədə 14 milyon cərrahiyyə əməliyyatı keçirilir. Bu ölkədə əməliyyatın qiymətləri və ödənilən məbləğə görə göstərilən xidmətlərə baxanda adam sadəcə qibtə etməli olur. Aşağıdakıları biz havadan götürməmişik. Elə bu nömrəyə zəng etsəniz özünüz şahidi olacaqsınız – 0079 231 5308998. Bu bir alman klinikasının telefonudur. Bu klinikada əməliyyat olunmaq – sahəsindən asılı olmayaraq – 2900 avroya başa gəlir. Indi görək bu məbləğə nə daxildir?
11 günlük stasionar müalicə. Təbii ki, əməliyyat. Əməliyyatdan qabaq hərtərəfli müayinə. 11 gün ərzində professor nəzarəti. Klinikanın xəstəyə qulluq edən bütün personalının xidmət haqqı. Tərcüməçinin pulu. Aeroport-hotel-klinika-hotel-aeroporta transfer. Bir gün əvvəl və bərpadan iki gün sonra 4 ulduzlu hoteldə üç gecə qalmaq (gündə üç dəfə yeməklə təmin olunmaqla). Üstəlik, klinika geriyə təyyarə biletini də ödəyir.

Almaniyaya səfər  cəmi 284 avroya

Indi sizə başqa bir xidmət növündən bəhs edəcəyik. Söhbət Almaniyaya səfərdən gedir. Təsəvvür edin, internetdə bir Moskva şirkətinin – soyğunçu Azərbaycan turist şirkətinin yox – Almaniyaya səfəri barədə elanını tapmışıq. Şirkət Almaniyada 7 günlük səfər təşkil edir. 3 ulduzlu hoteldə qalmaq – səhər yeməyi də daxil – əlavə yol haqqının qiyməti cəmi 284 avrodur. Burda turistlərin müxtəlif şoppinqlərə səfərləri də təşkil olunur.
Əlavə şərhə ehtiyac varmı?

~ tərəfindən Patriot 04/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma