BİR ÖLKƏDƏ İKİ “MƏTBUAT YIRTICISI” ELAN OLUNDU

reporters-without-borders

“Sərhədsiz Reportyorlar” İlham Əliyevlə Vasif Talıbov “mətbuat yırtıcısı” elan etdi

“Talıbov Naxçıvanı repressiya laboratoriyasına çevirib,  Əliyev də onu sonradan bütün respublikaya tətbiq edir”

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı jurnalistlərə qarşı fiziki zorakılığı pisləyir və bildirir ki, 2012-ci ilin yanvar ayından bu yana dünya üzrə ümumilikdə 21 jurnalist və 6 vətəndaş jurnalisti öldürülüb. Onların əksəriyyəti Somali və Suriya kimi müharibə zonalarında həlak olub. “Sərhədsiz Reportyorlar” hər il açıqladığı “Mətbuat yırtıcıları” siyahısını yeniləyib. Siyahı bu il bir qədər də genişlənib və “mətbuat yırtıcıları”nın sayı 41-ə çatıb (“Azadlıq” radiosu).

talibov-aliyevler«Bizim cinayətlərin şahidi olmasın» və «Bizdən başqa heç kəsin səsi eşidilməsin» – Bu, avtoritar rejimlərin və informasiya azadlığına düşmən kəsilən silahlı qrupların əsas şüarıdır. 2012-ci ilin ilk rübü göstərdi ki, Suriya rəhbəri Başər Əsəd və Somalinin islamçı döyüşçüləri dünyada mətbuat düşmənlərinin önündə gedir”, – deyə təşkilatın bu ilki hesabatında bildirilir.

Siyahıda yer alan Liviyanın və Yəmənin keçmiş başçısıları – Müəmmar Qəzzafi və Əli Abdullah Salehi 2011-ci ildə hakimiyyətdən getsələr də, informasiya düşmənlərinin ümumilikdə sayı azalmayıb.

2012-ci ildə bu zərərli «klub»a yeni üzvlər qoşulub. Nigeriyada terror yayan islamçı qrup Boko Haram, Misirdə Hüsni Mübarəki əvəzləyən Misir Silahlı Qüvvələri Ali Şurası, Somali federal hökumətinin infromasiya naziri, Azərbaycanın Muxtar Respublikası olan Naxçıvanda hakimiyyəti əlində cəmləşdirmiş Vasif Talıbov, Pakistan xüsusi xidmət orqanları, atası Kim Çen İrin ölümündən sonra hakimiyyətə gələn Koreya prezidenti Kim Çen Un.

Son zamanlar bir ölkədə birdən artıq “mətbuat yırtıcısı” müşahidə olunmaqdadır. Azərbaycanın da adı 6 belə ölkənin arasındadır.
Hesabatda qeyd olunur ki, Azərbaycanda İlham Əliyev qədər gücə malik Naxçıvan rəhbəri Vasif Talıbov da azad söz düşmənidir. Hesabatda yazılır ki, Vasif Talıbov Naxçıvanı repressiya metodlarını sınaqdan keçirən laboratoriyaya çevirib ki, İlham Əliyev də onu sonradan bütün respublikaya tətbiq edir.
“Sərhədsiz Reportyorlar” 3 May – beynəlxalq mətbuat azadlığı günündən istifadə edərək jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırır.

~ tərəfindən Patriot 03/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma