ALMANİYA AZƏRBAYCANI “REPRESSİYA DÖVLƏTİ” ADLANDIRDI

spiegel

“Şpigel” bu dəfə Xarici İşlər Nazirliyinin məxfi hesabatı haqda yazdı

Almaniyanın Xarici Işlər Nazirliyi Azərbaycanın repressiv dövlət kimi xarakterizə olunduğu məxfi hesabat hazırlayıb. Hesabat müəllifləri Azərbaycanda insan hüquqları və demokratiya sahəsində baş verənlərə əsaslanaraq, belə qənaətə gəlib. Sözügedən məxfi hesabat Almaniyanın nüfuzlu “Der Spiegel” dərgisinin əlinə keçib.
“Der Spiegel”də bu haqda dərc olunan “Almaniya hökuməti Azərbaycanı ”repressiya dövləti” kimi xarakterizə etdi” adlı məqalədə bildirilir ki, “Eurovision” ərəfəsində Azərbaycana, xüsusilə, bu ölkədə insan hüquqları sahəsindəki problemlərə diqqət artır.
“Almaniyanın Xarici Işlər Nazirliyi bu ərəfədə Azərbaycanda ictimai-siyasi durumla bağlı məxfi hesabat hazırlayıb. Hesabatda Azərbaycan ”repressiv dövlət” kimi xarakterizə olunub. Çünki Cənubi Qafqazın bu ölkəsində məhbuslar həbsxanada amansız rəftara məruz qalır, parlament debatları mümkünsüzdür, repressiya siyasəti nəticəsində müxalifətin fəaliyyəti hədsiz məhdudlaşdırılıb…
Azərbaycanda Ilham Əliyev sərt avtoritar rejimin başçısı kimi tanınır. O, hakimiyyəti keçmiş KQB generalı olan atası Heydər Əliyevdən miras alıb”, – deyə məqalədə qeyd olunub.
“Der Spiegel” sözügedən məqalədə 2010-cu ildə Israil müdafiə nazirinin müavini Əfraim Snenin Azərbaycanla bağlı fikirlərini yada salaraq, rəsmi Bakı və Təl-Əviv arasındakı əlaqələrə də toxunub: “Əfraim Sne bəyan etmişdi ki, Azərbaycan Qafqazda tərəqqi və müasirlik nümunəsidir. O vaxtdan Israil Azərbaycanın ikinci ən böyük neft alıcısıdır. Bu yaxınlarda ABŞ-ın ”Foreign Policy” jurnalında Ağ ev rəsmilərinə istinadən şok məlumat yayıldı. Məlumatda bildirilirdi ki, rəsmi Bakı Israilə aviabazalar verib, Təl-Əviv Irana hücum məqsədilə Azərbaycana “F-15″, ”F-16″ təyyarələrini yerləşdirib.
Bu arada, Azərbaycanla Israil arasında 1,6 milyard dollarlıq silah alqı-satqısına dair müqavilə bağlanıb. Görünür, bu, onlar üçün Azərbaycanda insan hüquqlarıyla bağlı problemlərdən daha vacibdir”.
Məqalədəki “Mafiyaya bərabər” adlı bölümdə isə dərginin yazarları “WikiLeaks” saytının açıqladığı məxfi sənədlərə istinad edərək, ABŞ səfirinin Ilham Əliyevlə bağlı müqayisəsini yada salır: “Avropalılar Azərbaycana diqqət yetirəndə onların ən çox narazı qaldıqları məqam bu ölkədə insan hüquqlarının pozulması faktlarıdır. 2009-cu ildə ABŞ-ın Bakıdakı səfirliyindən Dövlət Departamentinə göndərilən teleqramların birində Ilham Əliyev ”Xaç atası” filmindəki mafioz qəhrəmanlarla müqayisə olunmuşdu”.

~ tərəfindən Patriot 03/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma