MİLLİ MƏCLİSDƏ ALMANİYAYA “HÜCUM”

milli meclis

Oqtay Əsədov AŞPA-nın almaniyalı məruzəçisini aşağıladı

Mayın 1-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Iclasda deputatlar Almaniya mediasını və Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasseri ittiham ediblər. Ştrasserin Azərbaycanda “Eurovision”u boykot çağırışı ilə bağlı çıxış edən Səməd Seyidov deyib ki, almaniyalı deputat AŞ PA-da onunla son görüşündə Azərbaycana yalnız siyasi məhbuslar məsələsini araşdırmağa gələcəyi haqda qəti şərt irəli sürüb. Seyidov AŞPA məruzəçisinin buna haqqı çatmadığını iddia edib və onu Azərbaycana qarşı qərəzli olmaqda suçlayıb.
“Avropa Şurası Parlament Assambleyasın yaz sessiyasına verilən hesabat Avropa Şurası tərəfindən dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub. Insan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur. Əgər insan hüquqları araşdırılırsa, tək Azərbycanda yox, bütün ölkələrdə araşdırılmalıdır. Biz məruzəçi Ştrasserə də müraciət etdik ki, buyurun, Azərbaycana gəlin, bütün məsələləri açıq müzaikrə edək. Təəssüf ki, Avropa Şurası Parlament Assambleyasındakı görüşümüzdə də Ştrasser dedi ki, Azərbaycana gəlib yalnız siyasi məhbus məsələsini araşdıracaq”.
Səməd Seyidov bildirib ki, Ştrasserin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar: “Avropada bəzi media orqanları da buna əsasən Azərbaycana qarşı kampaniya aparır. Azərbaycan öhdəliklərini yerinə yetirir. Ancaq Azərbaycan onu hədəf kimi seçən hansısa insanları qəbul edə bilməz”.
Deputat Azay Quliyev isə əsasən Almaniya mətbuatını və Almaniya parlamentində təmsil olunan “Yaşıllar” fraksiyasını tənqid edib. Quliyev bildirib ki, Almaniyadan Azərbaycan iqtidarına qarşı səslənən tənqidlərin arxasında “Yaşıllar” durur.
Milli Məclisin sədri Oqtay Əsədov da diqqəti Ştrasserin “Eurovision”u boykot çağırışına çəkib. Spiker oxşar ittihamlardan sonra AŞPA məruzəçisini aşağılamaqdan belə çəkinməyib. “Bu çağırış onun səviyyəsini, daha doğrusu səviyyəsizliyini və Azərbaycana qərəzli yanaşdığını göstərir. Eyni zamanda Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzli yanaşır və Azərbaycanda ”Eurovision”un boykotuna çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüququnu pozurlar, bir milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır”, – deyə O.Əsədov bildirib.
YAP-ın icra katibi Əli Əhmədov ümumi formada Almaniya mediasını tənqid edib və bu zaman gülməli “arqumentlər” səsləndirib: “Düşünürdüm ki, Almaniyanın Azərbaycandakı səfiri buna qarşı çıxan taktikaya üstünlük verəcək. Ancaq təəssüf ki, əksi oldu. Iddia olunur ki, biz ”Eurovision” müsabiqəsindən istifadə edərək Azərbaycanın imicini yüklətməyə çalışırıq. Sual ortaya çıxır: bəs niyə onlar “Eurovision” müsabiqəsindən istifadə edərək Azərbaycanın imicini korlamağa çalışırlar? Pisdir, bunu niyə edirlər, yaxşıdır, bunu niyə irad tuturlar? Bakı şəhərində yararsız evlərdən insanların daha yararlı evlərə köçürülməsinə mənfi reaksiya verilir, bu, insanların evlərinin uçurulması kimi qiymətləndirilir. Bakı Şəhər Icra Hakimiyyətindən xahiş edirəm ki,  köhnə evlərin və həmin ev sahiblərinə verilmiş yeni evlərin fotoşəkillərini Almaniya səfirinə göndərsin”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Almaniyada olduğu kimi Azərbaycanda da mətbuat müstəqildir: “Nə üçün Almaniya mətbuatı Azərbaycanla bağlı tənqidi yazılar yazanda bu, normal qarşılanır, amma Azərbaycan mətbuatı yazanda Almaniya səfirliyi buna reaksiya verir, bunu Almaniyaya qarşı aparılan kampaniya kimi qiymətləndirir?”
Deputat Fuad Muradov Almaniya ombudsmanının Qarabağ problemindən danışmamasını, Azərbaycanda insan haqlarının pozulduğunu iddia etməsini yersiz saydığını vurğulayıb.
Deputat Çingiz Qənizadə bildirib ki, Ştrasser Avropa Şurası Parlament Assambleyasının ən tənbəl deputatlarından biridir. Qənizadə də iddia edib ki, Azərbaycana qarşı kampaniyanın başında Yaşıllar Partiyası durur.
Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail Ibrahimli isə sözügedən kampaniyanın arxasında erməni kapitalının dayandığını söyləyib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov da Almaniya səfirindən danışıb, onun Azərbaycana qarşı kampaniyada iştirak etdiyini deyib: “Almaniya səfiri Azərbaycanda sökülən evlərə etinasız qala bilmədiyini bildirir. Bəs nə üçün Xocalı faciəsinə, Azərbaycan torpaqlarının işğalına etinasız qalır?”.
Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı  mənəvi jandarmlığın xeyir gətirməyəcəyini vurğulayıb: “Almaniya xalqı bu insanların cavabını verəcək”.
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin Almaniya ilə dostluq qrupuna sözügedən məsələ ilə bağlı iş aparmağı tapşırıb.

~ tərəfindən Patriot 02/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma