ƏLİYEVLƏRLƏ “DOSTLUQ” EDƏNLƏR HƏDƏFƏ ÇEVRİLDİ

aliyev-guardian

“The Guardian” qəzeti hakimiyyətə lobbiçilk edənləri tənqid atəşinə tutdu

Böyük Britaniyada yayımlanan dünyaca məşhur “The Guardian” qəzetində imicmeyker və PR kompaniyaların diktatorlarla əməkdaşlığı, eləcə də külli miqdarda pul qarşılığında avtoritar rejimlərə xidmət göstərən lobbi şirkətlərini sərt tənqid edən məqalə qərc olunub. Məqalədə Rusiya, Qazaxıstan, Belarus və Azərbaycanın Qərbdə imiclərinin yaxşı təqdim olunması üçün PR şirkətlərlə sıx əməkdaşlıq etdiyi və bu məqsədlə külli miqdarda pul xərclədiyi bildirilir. Qəzet Britaniyada fəaliyyət göstərən PR şirkətləri diktatorlardan pul alaraq insan haqları və universal dəyərləri ayaqlar altına atmaqda günahlandırıb.

“The Guardıan”dakı məqalədə Azərbaycanın lobbi şirkətlərinə pul xərcləməsi xüsusi vurğulanıb: “Asiyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri olan Azərbaycan bəzi britaniyalı siyasilərin Bakıya gəlməsi və orada dəbdəbəli otellərdə məskunlaşması üçün 3500 avro pul ödəyib. İnsan haqlarını müdafiə edən beynəlxalq təşkilatların heç birinə bu imkanlar yaradılmır. Hətta Avropa Şurasının siyasi məhbuslar üzrə nümayəndəsi ölkədə baş verənləri izləmək üçün Bakıya gəlmək istəyərkən onun mehmanxanada yerləşdirilməsi üçün yer tapılmadı. Hakimiyyət həm də onun ölkəyə gəlməsinə icazə vermədi”.

~ tərəfindən Patriot 01/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma