“NEW YORK TİMES” ƏLİYEVİ “TOPA TUTDU”

NY-Times

“Dinc nümayişlər dağıdılır, iştirakçılar həbs olunur, onlarla siyasi məhbus barmaqlıqlar arxasındadır”

Qəzet Əliyevlərin xərclədiyi böyük pullardan yazdı

“Milli özünəinamı qaldırmaq və güclü olmaq üçün orada neft və qazdan başqa heç nə yoxdur. Qafqaz respublikası Azərbaycan da bu baxımdan istisna deyil. ”Eurovision” yarışmasını qəbul etməyə hazırlaşan Azərbaycan hakimiyyəti tədbirin keçiriləcəyi “Crystal Palace”nin tikintisini başa çatdırmağa çalışır”. Bunu dünyanın ən nüfuzlu nəşrlərindən olan “The New York Times” (ABŞ) qəzetində Avropa mərkəzinin baş redaktoru Cudi Demsi Karnegi yazıb.
Məqalədə yazılır:
“Bina (“Eurovision” yarışması üçün Bayraq Meydanı yazınlığında tikilən “Kristal Zal”dan söhbət gedir – red.) İlham Əliyev rejiminin fəxridir, amma bu rayonda yaşayanlar üçün belə deyil. Ərazinin təmizlənməsi üçün bir çoxları zorla evindən çıxarılıb. Məhkəmələrdə müdafiə axtarsalar da, şikayətləri rədd edilib. Evindən zorla çıxarılanları müdafiə edən fəallar isə ya saxlanılıb, ya da həbsxanaya göndərilib.
Düşünə bilərdik ki, “Eurovision” qabağı Azərbaycan hakimiyyəti öz imicini qaldırmaq üçün hər şey edir. Amma onlar hər şeyi tərsinə etdilər.
“Neftdən gələn gəlirlər rejimə müxalifətdən və KIV-dən ünavlanan tənqidləri nəzərə almamağı asanlaşdırır” – Müstəqil Strateji və Milli Araşdırmalar Mərkəzinin prezidenti Leyla Əliyeva belə deyir. Onun sözlərinə görə, “hakimiyyət çox rahatdır”.
“Human Rights Watch” təşkilatının hesabatına görə, son ayalarda jurnalistlərə basqı və təqiblər artıb. Demokratik təşkilatların liderləri həbs edilib və həbsxanaya göndərilib. Dinc nümayişlər dağıdılır, iştirakçılar həbs olunur və döyülür. Onlarla siyasi məhbus barmaqlıqlar arxasındadır.
ATƏT-in qiymətləndirməsinə görə, SSRI-dən ayrılan Azərbaycanda 1991-ci ildən keçirilən bütün seçkilər normaya uyğun olmayıb. Azərbaycan sıx əməkdaşlıq etmək istədiyi Avropa Birliyinin və NATO-nun mühakiməsindən boyun qaçıra bilib, xüsusilə 2001-ci ildən üzvü olduğu Avropa Şurasının.
Avropa Şurasının Baş Katibi Törbörn Yaqland: “Insan haqları sahəsində vəziyyət pis olduğundan Azərbaycanı üzvlüyə qəbul etmək istəyimiz yox idi. Amma üzvlərin əksəriyyəti düşündü ki, ən yaxşısı Azərbaycanın insan haqları və demokratik institutlar sahəsində Avropa standartlarını qəbul etməsidir, nəinki kənarda qalması. Elədə təsir minimal olacaq”.
2006-cı ildə hətta Azərbaycanın təşkilatda səsvermə hüququnun alınması ilə bağlı səsvermə olmuşdu. Səsvermə uğursuz oldu, amma bu, rejimə toxundu. “Bundan sonra Azərbaycan Böyük Britaniya, Almaniya və digər ölkələrdə kütləvi lobbiçilik kampaniyasına başladı” – Istanbulda yerləşən müstəqil araşdırma qrupunun sədri Herald Knaus belə deyir.
Azərbaycanın buna imkanı var. 2006-cı ildə Avropa bazarını birləşdirən ən böyük kəmərlərin açılması bu imkanı qazandırdı. Bu, cənab Əliyevə daha böyük dayaq oldu. Xarici yardıma ehtiyac duymadığından o, Avropa hökumətləri və enerji kompaniyalarının sevimli adamı olmuşdu.
Knausun dediyinə görə, Azərbaycan 44 üzvü olan Avropa Şurasının daxilində intensiv piar-kampaniyaya başlayıb. May ayında dərc olunacaq hesabatda Əliyev lobbiçilərinin təşkilat daxilində necə işlədiyi məlum olacaq. Azərbaycan hökumətinin dəstəklədiyi sabiq Britaniya deputatları və alman jurnalistləri Azərbaycanın imicinin yaxşılaşdırılması və mediada tənqidlərin qarşısının alınması üçün fəaliyyətə keçiblər. Lobbiçilər fəaliyyətlərinə görə ittiham oluna bilməzlər. Amma Malta, Ispaniya, Türkiyə və Avropa Şurasının digər nümayəndələrinin insan haqları ilə oynaması bir başqa mövzudur.
Cənab Yaqland:”Mən lobbiçilik barədə həmişə narahat olmuşam. Ancaq bunun qarşısını ala bilmirəm. Lobbiçilik cəmiyyətin, demokratiyanın bir hissəsidir. Bununla bağlı mənim vəzifəm ölkə nümayəndəliklərinə konvensiyaya uyğun öhdəliklərini xatırlatmaqla məhdudlaşır”.
Kristof Ştrasserin fikrincə, belə xatırlatmalardan az fayda var. Onun vəzifəsi Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlamaqdır. Ancaq Azərbaycan cənab Ştrasserə viza verməkdən dəfələrlə imtina edib. Ona görə ki, o, mandatına aid olan siyasi məhbuslarla görüşmək istəyib. Azərbaycan hökuməti isə onu səlahiyyətlərini aşmaqda ittiham edir. “Cənab Ştrasser mandatının şərtlərini dəyişməyə çalışır. O, birtərəfli və qeyri-obyektivdir. O, ancaq mülki şəxs kimi səyahət edə bilər” – Azərbaycanın Berlindəki səfirliyinin mətbuat katibi Nurçin Əliyev belə deyir. Cənab Ştrasser deyir ki, onun girişinə qadağa qoyulmasına baxmayaraq, o, bu haqda hesabatında yazacaq. “Mənim mandatım var və mən bunun üərində dayanacam”. Beləliklə, Bakının qitə üzrə milyonlarla tamaşaçı yığa bilən tədbir keçirməsinə baxmayaraq, Ştrasser də inamla öz səylərini davam etdirəcək.
Siyasi təhlilçilər isə deyir ki, görünür, cənab Əliyev “Eurovision”nun onun ölkəsinin nüfuzunu qaldıracağına ümid edir. Əliyevin tənqidçiləri belə düşünür ki, yarışma bədbəxt  insanlara diqqəti artıracaq”.

~ tərəfindən Patriot 28/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma