İCTİMAİ PALATADAN ŞOK QƏRAR!

22 aprel mitinq

İctimai Palata mayın 6-na təyin olunan yürüş-mitinqlə bağlı qərar verib

Koordinasiya Şurasının bu gün keçirilən iclasında mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət qərarı çıxarılıb.

Koordinasiya Şurasının üzvü Rafiq Manaflı “Media forum” saytına bildirib ki, aksiyanın aprelin 22-də saat 16-dan 18-dək Bakıda, bu ünvanlardan birində keçirilməsi haqda qərar qəbul olunub:

– Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən – keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək;
– Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən – Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək;
– Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək.

Yürüş-mitinq “Yeni parlament seçkiləri”, “Qarabağa azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşmaq azadlıqları təmin edilsin”, “Əmanətlər birə-bir qaytarılsın”, “Əmlakımıza toxunmayın”, “Korrupsiya və rüşvətxorluğa son” şüarları ilə keçiriləcək.
Mitinq məsələləri ilə məşğul olmaq üçün Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb.
Mayın 1-də isə Koordniasiya Şurasının üzvləri Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirib mitinqlə bağlı sualları cavablandıracaqlar.

Məlumatdan göründüyü kimi, İctimai Palatanın göstərdiyi meydanlar arasında 8 və 22 apreldə mitinqlərin keçirildiyi Bibiheybət meydanı yoxdur. Bu isə o deməkdir ki, İctimai Palata həmin meydanda razılaşdırılmış mitinq keçirməkdən faktiki olaraq imtina edir. Çünki, göstərilən marşrutlar üzrə hakimiyyətin yürüş-mitinqə razılıq verəcəyi çox böyük şübhə doğurur.
Azpolitika.info-ya özəl mənbələrdən daxil olan məlumata görə, mitinq meydanı ilə bağlı İctimai Palatanın mövqeyində gözlənilməz dəyişikliyin baş verməsinin çox ciddi səbəbləri var.

Bu səbəblərdən ən başlıcası odur ki, 8 və 22 aprel mitinqləri İctimai Palata daxilində ciddi müzakirə olunub və bu qurumun analitikləri belə qənaətə gəliblər ki, «Avroviziya» ərəfəsində 2 razılaşdırılmış mitinq hakimiyyətin xeyrinə işləyib. Ona görə də 6 maya təyin olunan mitinqin həmin meydanda keçirilməsi yolverilməzdir. Qərara gəlinib ki, taktika dəyişdirilsin, mərkəzi meydanlar istənilsin. Hakimiyyət bu meydanlardan birini verərsə lap yaxşı, bu fakt ictimai rəydə İctimai Palatanın qələbəsi kimi qarşılanacaq. Hakimiyyət yenə də Bibiheybəti göstərsə, ya razılaşdırılmamış mitinqə cəhd olunsun, hakimiyyətin 8 və 22 aprel mitinqləri ilə qazandığı dividentin üstündən xətt çəkilsin, ya da mitinqdən imtina olunsun və Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış piket keçirilsin. Bu halda yenə də hakimiyyət zərbə altında qalacaq.

~ tərəfindən Patriot 28/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma