ALMANIYA SƏFIRI “ƏLI-İSA-RƏSUL” BİRLİYİ YARADIR?

Herbert Kvelle

«Yeni Azərbaycan» Qərb diplomatlarını yenə hədəfə götürdü

Hakim Yeni Azərbaycan Partiyasının nəşr orqanı olan “Yeni Azərbaycan” qəzeti bu gün “Diplomatik sifariş: müxalifət, “Eurovision”a hazır ol” adlı məqalə dərc edib.

Başlıqdan da göründüyü kimi, “Yeni Azərbaycan” qəzeti avropalı diplomatları, xüsusilə də Almaniyanı “Eurovision 2012”-yə qarşı düşmənçilik intriqası aparmaqda, bu məqsədlə müxalifətdən yararlanmaqda ittiham edir.

Məqalədə ən ilginc məqam odur ki, iqtidar qəzetinin böyük həcmli məqaləsini unikal bir kollaj bəzəyir. Bu kollajda mərkəzdən Almaniya tarixinin iki ən önəmli siması – Otto fon Bismarkla, 1933-45-ci illər arasında Almaniyada hakimiyyətdə olmuş faşist Adolf Hitlerin, yanlarda Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle və almaniyalı nazir Markus Löninqin, aşağıdan isə Əli Kərimli, Rəsul Quliyev və İsa Qəmbərin şəkilləri yer alıb.

“Yeni Azərbaycan”ın məqaləsində göstərilir ki, aprelin 24-də Müsavat partiyasının qərargahında ATƏT, Aİ, ABŞ, Türkiyə və Avropa ölkələrinin diplomatları radikal müxalifət partiyalarının və bəzi müxalifyönlü QHT-lərin rəhbərləri ilə görüş keçirib. Görüşdən sonra Müsavat partiyasının sədri İsa Qəmbər və AXCP sədri Əli Kərimli mətbuata heç bir informasiya yükü olmayan açıqlama veriblər. “Lakin müxalifətdəki mənbəmiz 3 saat ərzində qızğın müzakirələrin getdiyini bildirib. Belə ki, görüşdə Azərbaycanda gedən ictimai-siyasi proseslər, keçirilmiş son mitinqlərin nəticələri, “siyasi məhbus” olduqları iddia edilən müxalifət fəallarının azad olunması, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər, söz azadlığı ilə bağlı vəziyyət, mülkiyyət hüququ və digər məsələlər müzakirə olunub”.

Qəzet yazır: “Mənbəmiz bildirib ki, müxalifət nümayəndələri artıq iki dəfə razılaşdırılmış mitinq təşkil etdiklərini qeyd edərək mayın 6-na təyin olunmuş aksiyanın şəhərin mərkəzində keçirilməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərilməsini xahiş ediblər.
İsa Qəmbər deyib ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər, partiyaların maliyyələşməsi ilə bağlı məsələ müzakirə olunarkən onların rəyi soruşulmayıb. Nəticədə Müsavat partiyası və AXCP maliyyələşmədən kənarda qalıblar. Bununla əlaqədar İsa Qəmbər və Əli Kərimli xarici diplomatlardan “İctimai Palata”nın maliyyələşməsi və AXCP ilə Müsavata yardımların ayrılmasını xahiş ediblər.
İndi bəlli olur ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər müzakirə olunan zaman dağıdıcı müxalifətin funksionerləri partiyalara verilən ianələrin köçürmə yolu ilə həyata keçirilməsi, habelə partiyaların müvafiq dövlət orqanına maliyyə hesabatı verməsi və məlumatı mətbuatda dərc etməsi ilə bağlı müddəalara niyə kəskin etiraz edirdilər.
Maraqlıdır ki, görüşdə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsinin “Siyasi partiyalar haqqında” Qanunun Avropa standartlarına uyğun olması barədə fikri müxalifətçilərin etirazlarına səbəb olub.
Daha sonra onlar diplomatlardan “Eurovision” öncəsi Azərbaycan iqtidarına təzyiqləri artırmağı, müxalifətin həbsdə olan fəallarının buraxılması istiqamətində iş aparmağı və Avropa Şurasının yaz sessiyasında Azərbaycana qarşı sərt bəyanatın qəbul edilməsini, sənəddə müxalifətə dəstək ifadə olunmasını xahiş ediblər.
“Yeni Azərbaycan”ın «Analitik qruppu» adından yayılan məqalədə daha sonra deyilir:
«Maraqlıdır ki, görüşdə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsinin “Siyasi partiyalar haqqında” Qanunun Avropa standartlarına uyğun olması barədə fikri müxalifətçilərin etirazlarına səbəb olub.
Daha sonra onlar diplomatlardan “Eurovision” öncəsi Azərbaycan iqtidarına təzyiqləri artırmağı, müxalifətin həbsdə olan fəallarının buraxılması istiqamətində iş aparmağı və Avropa Şurasının yaz sessiyasında Azərbaycana qarşı sərt bəyanatın qəbul edilməsini, sənəddə müxalifətə dəstək ifadə olunmasını xahiş ediblər.

Mənbəmizin sözlərinə görə, Almaniyanın səfiri Herbert Kvelle müxalifətə olduqca “qiymətli tövsiyələr” verib. Əvvəla, o, maliyyələşmə ilə bağlı məsələnin həllinə yardım göstərəcəyini deyib. Sonra isə “İctimai Palata” ilə Rəsul Quliyevin sədri olduğu Açıq Cəmiyyət partiyasını barışdırmaq təklifi ilə çıxış edib. Kvelle “Əli-İsa-Rəsul” birliyinin yaranmasını arzu etdiyini deyib.

Bütün bunlarla yanaşı, səfir Kvellenin “Eurovision” zamanı baş verə biləcək hadisələrə diqqəti çəkməsi maraq doğurmaya bilməz. Səfir “İctimai Palata”nın nümayəndələrinə müsabiqə zamanı baş verə biləcək hər hansı prosesə hazır olmalarını və bu prosesin önündə getmələrini istəyib.
Göründüyü kimi, bu görüş diplomatların müxalifəti qızışdırmaq və təlimatlandırmaq məqsədi daşıyıb.
Təbii ki, Kvellenin hansı prosesdən danışdığını və “İctimai Palata”nı nəyə hazır olmağa çağırmasını özü daha yaxşı bilir. Lakin əgər söhbət müsabiqədə çıxışdan gedirsə, cənab səfirə xatırladırıq ki, Əli Kərimli və İsa Qəmbər aprelin 22-də 20-ci sahədə sürücülük məktəbinin meydançasında vokal məharətlərini göstəriblər və səsləri heç mitinq iştirakçılarının da xoşuna gəlməyib.»

~ tərəfindən Patriot 28/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: