ALMANİYA BİR CÜMLƏ İLƏ İQTİDAR İDEOLUQLARINI “ÖLDÜRDÜ”

alman-bayraq

“Almaniyanın imicini qaba mənfi fikirlərlə korlamaq cəhdi azərbaycanlıların intellekti qarşısında acizdir”

Azərbaycanda Almaniya əleyhinə uzun müddətdir aparılan rəsmi təbliğata nəhayət, Berlindən rəsmi cavab verildi. Aprelin 26-da Almaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayaraq hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı “Yeni Azərbaycan” qəzetində və başqa hökumətyönlü KIV-lərdə aparılan anti-Almaniya kampaniyasına münasibət bildirib.
Səfirlik diplomatik dilin imkan verdiyi şəkildə bu kampaniyanın səviyyəsizliyini diqqətə çatdırıb: “Yeni Azərbaycan“ qəzeti alman siyasi fondlarına qarşı ittihamlar irəli sürməklə qeyri-əminlik və təhlükə iqlimi yaradır, bununla da açıq müzakirə mədəniyyətinə xələl gətirir. Lakin Almaniyanın müsbət imicini mətbuat orqanları, televiziya və radio vasitəsilə yayımlanan qaba mənfi fikirlərlə korlamaq cəhdləri azərbaycanlıların intellekti qarşısında acizdir”“”.
Xatırladaq ki, son dövrlər Almaniya mediası Azərbaycan hakimiyyətini insan haqları və demokratik dəyərləri tapdadığı üçün kəskin tənqid atəşinə tutub. Eyni motiv və məzmunlu çıxışlar bir sıra almaniyalı rəsmilərin də dilindən səslənir. Bütün bunlar isə Azərbaycan iqtidarını “hövsələdən çıxarıb”“ və Almaniya əleyhinə davamlı kampaniyaya başlayıb. Kampaniyanın əsas ruporları kimi isə hakimiyyətdə olan YAP-ın mətbu orqanı “Yeni Azərbaycan” və dövlətin nəzarət etdiyi AzTV-dir.
Rəsmi təbliğatının Almaniya dövlət və hökumətinə qarşı yönəldiyi ilkin vaxtlarda bu ölkənin Bakıdakı səfiri Herbert Kvelle, bəlkə də Azərbaycan rəhbərliyini düşdükləri təlaşın əsassızlığına inandırmaq məqsədilə, geniş bir məqalə ilə çıxış etdi. Məqalə anti-Almaniya kampaniyasının iştirakçılarından olan “Yeni Azərbaycan”“ qəzetində dərc edilmişdi.
Martın ortalarında dərc olunan həmin məqalədə səfir Almaniya-Azərbaycan münasibətlərinin tarixinə, ölkəsinin Avroatlantik məkanla bağlı planlara verdiyi önəmə, Azərbaycan xalqını və mədəniyyətini necə yüksək qiymətləndirdiklərinə geniş şəkildə toxunandan sonra izah etməyə çalışmışdı ki, indi ölkəsindən Azərbaycan hakimiyyətinə qarşı yönələn tənqidlərin səbəbi nələrdir və bu tənqidləri dayandırmaq üçün nələr edilməlidir.
“Düsseldorfda “Eurovision”“ mahni müsabiqəsində Azərbaycanın qələbəsindən sonra alman mətbuatı ölkənizlə daha çox maraqlanmağa başladı. Mətbuat mövzu axtarışı zamanı Ell və Nikki, habelə mədəniyyət və turizm mövzularından çox tez bir zamanda digər ziddiyyətli məzmunlara rast gəldi. ATƏT, AI, Avropa Şurasının mövqeləri və həmçinin “Amnesty International“ təşkilatının Azərbaycan haqqında illik hesabatı bu mövzulara diqqəti cəlb etdi. Bu qurumların 2011-ci il ərzində siyahıya aldıqları Azərbaycan haqqında əsas tənqidi məqamlar 2 aprel tarixində Bakıda keçirilmiş nümayişlərin iştirakçılarının həbs olunmaqları, Sülh və Demokratiya Institutunun yerləşdiyi Leyla Yunusa məxsus evin sökülməsi, Bakının şəhərsalma layihələri çərçivəsində sakinləri öz mülklərindən məhrum etmə prosesində qeyri-şəffaflıq və toplaşma azadlığının mütəmadi məhdudlaşdırılmasıdır. Burada həm də Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi cənab Kristof Ştrasserin Azərbaycana buraxılmaması rol oynayır. Federal hökumətin insan haqları üzrə müvəkkili cənab Löninq 2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyətinə dair üç tənqidi bəyanatla çıxış etmişdir…
Azərbaycan mətbuatı alman mətbuatında olan mənfi çıxışlara Almaniyadakı vəziyyəti və hadisələri geniş tənqid etməklə reaksiya verir və bununla Almaniyanın Azərbaycan haqqında fikir söyləmək kimi mənəvi haqqını sual altına qoyur…
Mən Almaniyada Azərbaycan haqqında mətbuatda ifadə olunan fikirlərin səbəblərini göstərməyə çalışdım… Mən Almaniya Federal hökumətinin Azərbaycanda mövcud vəziyyəti işıqlandıran müstəqil və güclü alman KIV-lərini müəyyən istiqamətə yönəltmək imkanının guya mövcud olması haqqında söylənən fikirləri sual altına qoyuram.
Əgər Azərbaycan hökumətinin mətbuat orqanlarına (Almaniya əleyhinə təbliğat aparan mətbuat orqanları nəzərdə tutulur – red.) təsir göstərmək imkanı varsa, onda bu imkandan istifadə etsin”.
Almaniya səfirinin məqaləsində bu cür aydınlaşdırıcı notlar yer alırdı və burada sitat verilən sonuncu fikirlə Azərbaycan hakimiyyəti başlatdığı kampaniyanı dayandırmağa dəvət olunurdu. Lakin bu məqalənin dərcindən sonrakı vaxtda rəsmi təbliğatın dəyişmədiyi tonu göstərdi ki, Azərbaycan rəhbərliyi bu dəvətə uyacaq həddə “əsəb rahatlığı” tapmayıb”“. Azərbaycan hakimiyyətinin Almaniyaya qarşı “qəzəbi” bugünlərdə də davam edir və ola bilsin, səfirliyin belə bir bəyanatla çıxış etməsi bu “hikkənin” faydasızlığı”“nı təkrar anlatmaq ehtiyacından doğub.

~ tərəfindən Patriot 28/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma