HAQSIZLIQLARA ETİRAZ MİTİNQİ

22 aprel

İctimai Palatanın 22 aprel mitinqinə çağırış:

Əziz həmvətənlər, 22 aprel 2012-ci il tarixdə saat 16-dan 18-dək Bakı şəhərində 20-ci yaşayış sahəsində, Sürücülük məktəbinin təlim meydanında İctimai Palatanın razılaşdırılmış mitinqi olacaq.

Haqsızlıqlara, qanunsuzluğa, özbaşınalığa, korrupsiyaya yox demək üçün,
Siyasi və vicdan məhbuslarının azad olunması naminə,
Özünüzün, ailənizin, uşaqlarınızın bu günü və gələcəyi uğrunda,
Ləyaqətli, şərəfli həyat naminə mübarizəyə qoşulun, bu mitinqdə iştirak edin.

Evi uçurulub küçəyə atılanlar, malı mülkü əlindən alınanlar, əmanəti oğurlananlar, təzyiqlərə məruz qalan taksi sürücüləri, əmək haqqı adına qəpik quruş alan müəllimlər, həkimlər. millətin vicdanı ziyalılar, öz haqqınız, hüququnuz, mülkiyyətiniz, çörəyiniz üçün gəlin. Tək əldən səs çıxmaz. Bir yerdə olsaq isə bizə güc çatmaz

Ey Azərbaycan gəncliyi, bu millət, bu Vətən sənə əmanətdir. Bu gün çox şey səndən asılıdır. Sənin əzminə, cəsarətinə ehtiyac var. Gəl və Azadlıq gətir!

Mitinqin keçirildiyi ünvana
– “28 May”, “Sahil” metrostansiyalarından və “AzNeft” dairəsindən – 88, 207, 120, 121, 124
– “Elmlər Akademiyası” metrostansiyasından – 5, 193
– “Xətai” metrostansiyasından – 121
– “20 Yanvar” metrostansiyasından – 205
– “Koroğlu” (keçmiş “Əzizbəyov”) metrostansiyasından – 207 nömrəli marşrutlarla
– Badamdar qəsəbəsindən – 34
– Yeni Avtovağzaldan – 5, 137 saylı marşrutlarla gələ bilərsiniz.

~ tərəfindən Patriot 21/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma