SULUTƏPƏDƏ JURNALİSTLƏR DÖYÜLDÜ SAKİNLƏRİN EVLƏRİ SÖKÜLDÜ (VİDEO)

sulutepe

Sulutəpədə evləri sökülənlər Bakı-Şamaxı yolunu bağladılar

Ağıla yox, zora söykənən hakimiyyət vəhşi davranışı ilə özünü yenə biabır etdi

ARDNŞ dünən yenə də Sulutəpədə qanunsuz hesab etdiyi evlərin  söküntüsü ilə məşğul olub. Söküntü polislərin və ARDNŞ-in mühafizə xidmətinin əməkdaşlarının müşayiəti ilə xüsusi texnika vasitəsi ilə aparılıb.

Zorakılıq və yolbağlama aksiyası

Söküntüyə müqavimət göstərən sakinlər amansızcasına döyülüb, onlardan huşunu itirənlər, yaralananlar var. Söküntünü işıqlandırmaq istəyən jurnalistlər, xüsusən Idrak Abbasov və “Yeni Müsavat”ın reportyoru Günay Musayeva ARDNŞ mühafizəçilərinin fiziki təzyiq və təhqirlərinə ürcah olub.
“Azadlıq” radiosunun xəbərinə görə, əli dəyənəkli adamlar ərazidən uzaqlaşsalar da, qəsəbədə ara sakitləşməyib. Sakinlər küçələrə çıxıb etirazlarını bildirməkdə davam ediblər. Onlar söküntüyə son qoyulması tələbi ilə Yuxarı Sulutəpənin yaxınlığındakı yolu kəsiblər. Polisin müdaxiləsi ilə yol açılıb.


~ tərəfindən Patriot 20/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma