“İLHAM ƏLİYEVLƏ PUTİN ARASINDA MÜNASİBƏTLƏR NORMAL DEYİL”

Arif Yunus: “Putinin hakimiyyətə qayıtması münasibətləri yenidən pisləşdirəcək”

Son günlər siyasi ekspertlərin və ölkə mediasının gündəmində olan başlıca məsələlərdən biri də, Rusiya və Azərbaycan arasında mümkün “ticarət müharibəsi” ilə bağlıdır. Eyni halda, Transxəzər qaz kəməri və Qəbələ RLS-lə əlaqədar tərəflər arasında olan fikir ayrılıqları bu problemi getdikcə dərinləşdirməkdədir. Artıq bu probleminin ilkin işartısı kimi Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) aprelin 16-da Azərbaycandan Rusiyaya gələn sərnişinlərin əl yükündə və baqajda bitki məhsulları gətirmələrinə müvəqqəti qadağa tətbiq edib. Mövzu ilə bağlı politoloq Arif Yunus sualları cavablandırıb.

– Arif bəy, rəsmi Bakının Rusiyanın maraqlarına qarşı çıxması müqabilində, Rusiyanın Azərbaycana qarşı mümkün iqtisadi və digər təsir mexanizmləri nə ola bilər?

– Vaxtı ilə Rusiyanın Azərbaycana kifayət qədər təsir imkanları vardı. Eyni halda, həmin dövrdə iqtisadi cəhətdən rəsmi Bakıya zərbələrin vurulması mümkün idi. Belə ki, 90-cı illərdə Rusiyada yaşayan Azərbaycanlı immiqrantlar, ölkədən deportasiya edilərək qovulurdular. Təbii ki, bu proseslər Azərbaycanın həm daxili, həm də ki, xarici həyatına kifayət qədər təsir göstərirdi. Amma bu gün artıq belə bir problem yoxdur. Ona görə ki, bir neçə il Rusiyada yaşayan həmvətənlərimiz fikirləşirdilər ki, Azərbaycanda vəziyyət dəyişəcək, bundan sonra da onlar pul qazanıb ölkəyə qayıdacaqlar. Belə də oldu. İlham Əliyevin hakimiyyəti dövründə Rusiyada olan həmvətənlərimiz könüllü olaraq ölkəyə qayıdıb şəxsi bizneslərini qurdular. Onlar hesab edirdilər ki, İlham Əliyevin dövründə ölkədə vəziyyət kifayət qədər düzəlib. Lakin sonradan özlərinə qarşı təzyiqləri, rüşvət, qanunsuz vergi və digər qanunsuzluqları gördükdə, yenidən Rusiyaya qayıtmalı oldular. 2006-cı ildə Rusiya və Azərbaycan arasında baş verən soyuq müharibədən sonra Putin  növbəti dəfə immiqrantla bağlı sərt qərar qəbul etdi ki, immiqrantlar bazarlarda və digər yerlərdə xüsusi şərtlərlə işləyə bilərlər. Bundan sonra azərbaycanlı vətəndaşların Rusiya vətəndaşlığını qəbul etmə prosesi daha da intensivləşdi. Demək olar ki, hazırda immiqrant Azərbaycanlı Rusiyada azdır. Eyni halda, nəzərə alsaq ki, Rusiya ilə Azərbaycan arasında viza sistemi yoxdur, belə olan halda Rusiyanın immiqrant amilindən Azərbaycanın əleyhinə istifadə etməsi mümkün deyil. Digər bir təsir mexanizmi isə Qarabağ məsələsidir. Artıq Qarabağ məsələsi də o qədər təsir imkanına malik deyil. Çünki hazırda Qarabağda atəşkəs elan edilib. Yeganə bir təzyiq vasitəsi qalıb ki, o da ölkədən ixrac edilən təbii məhsullara qadağa qoymaqdır. Onu da qeyd edim ki, bunun Azərbaycan üçün heç bir təsiri olmayacaq. Malların sərhəddən buraxılmaması Azərbaycanın xeyrinədir. Çünki həmin malların ölkədə qalması qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Rəsmi nümayəndələr arasında görüşlər zamanı iki ölkə arasında dostluq münasibətlərinin olması ilə bağlı fikirlər səsləndirilməsinə baxmayaraq, hazırda ölkələr arasında soyuq müharibə gedir. Hazırda İlham Əliyevlə-Vladimir Putin münasibətləri normal deyil. Medvedyevin dövründə bu proses tamamilə başqa cür idi. Lakin Putinin hakimiyyətə qayıtması münasibətləri yenidən pisləşdirəcək. Ona görə də Azərbaycan tərəfi ilkin olaraq addım atdı və Qəbələ RLS-in qiymətini 7 milyondan 300 milyona qaldırdı. Azərbaycan tərəfi faktiki olaraq demək istəyir ki, biz RLS istəmirik. Əgər sabah Rusiya 300 milyon dollara razı olsa, Azərbaycan onun qiymətini 500 milyona qaldıracaq. Azərbaycan dolayı yolla Rusiyaya deyir ki, çıxın gedin.

– Gürcüstanla Rusiya arasında bir neçə il bundan qabaq baş verən müharibəni nəzərə alsaq, sizcə Rusiyanın Azərbaycana qarşı Qarabağla bağlı analoji addım atması mümkündürmü?     

– İnanmıram belə bir prosedur baş versin. Əslində Qarabağda müharibə başlasa, bizimlə Ermənilər arasında baş verəcək. Gürcüstanla Rusiya arasında ona görə müharibə başladı ki, Gürcüstan hərbçiləri Rusiyanın sülhməramlılarına qarşı hücum təşkil etdilər. Rusiyada bu bəhanədən istifadə edərək Gürcüstana hücum etdi. Əgər Qarabağda hər hansı bir müharibə baş versə, bu bizimlə ermənilər arasında baş verəcək. Çünki rəsmi Ermənistan bildirib ki, bizimlə Azərbaycan arasında hər hansı bir müharibə yoxdur. Qarabağda olan müharibə ermənilərlə Azərbaycan arasında olan müharibədir və bu Azərbaycanın daxili bir problemidir. Rusiya o vaxt Azərbaycana qarşı hərbi əməliyyat edə bilər ki, Azərbaycan Ermənistana qarşı müharibə etsin. Biz isə Dağlıq Qarabağda yəni öz ərazimizdə müharibə aparacağıq.

~ tərəfindən Patriot 16/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma