ALMANİYAYA QARŞI ƏLİYEV REJİMİNİN HÜCUMU SƏNGİMİR

Almaniyaya hücuma YAP da qoşuldu

«AzTV-nin ardınca «Yeni Azərbaycan» da Almaniyanı korrupsiya və irqçilikdə ittiham etdi»

Rahim Hacıyev: “Demokratiya ilə bağlı təzyiqlər artdıqca, hakimiyyətin isterikası da artır”

Almaniya mətbuatında Azərbaycanda insan haqları, demokratiyanın vəziyyəti ilə bağlı yazıların, hakimiyyət barədə ifşaedici faktların dərc edilməsi, həmçinin bu ölkənin Azərbaycanda demokratikləşmə prosesinə dəstək verməsi hakimiyyəti qıcıqlandırıb. Almaniya xarici işlər nazirinin ölkəmizə səfəri zamanı müxalifət liderləri ilə görüşməsi, nəhayət “Şpigel” jurnalının AXCP sədrindən müsahibə götürməsi isə iqtidarı tamamilə hövsələdən çıxarıb.
Bunlara cavab olaraq Azərbaycan dövlət televiziyası növbəti dəfə Almaniyanı hədəfə alıb. Kanalın həftənin yekunlarına həsr olunan verilişində Almaniya və alman hökuməti haqqında müxtəlif ittihamlar səsləndirilib. Ölkə korrupsiya və irqçilikdə ittiham olunub. Almaniyada işsizliyin və büdcə böhranının artdığını deyən dövlət telekanalı hətta Isveçrə banklarında hesabları olan almanların sərvətlərinin əlindən alındığını da bildirib. Dövlət televiziyasının başladığı bu kampaniyaya hakimiyyətə yaxın qəzetlər də qoşulub. Hakim partiyanın mətbua orqanı olan “Yeni Azərbaycan” qəzeti də Almaniyanın ünvanına oxşar ittihamlar səsləndirib. Bu materiallarda Almaniyanın irqçi bir dövlət olması qırmızı xəttlə keçir. Hakimiyyətin başladığı bu anti-Almaniya kampaniyası nə ilə nəticələnə bilər?

Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Almaniya ilə münasibətlərin pisləşməsinin Azərbaycan üçün nəticəsinin yaxşı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Buna görə də hakimiyyət ciddi şəkildə narahatdır.
Ekspertin sözlərinə görə, Almaniya Azərbaycanda demokratiyanın qurulması ilə bağlı çox ciddi səylər göstərir. Bu ölkə ortaya qətiyyətli mövqe qoyub. Avropa Birliyinin hərəkətverici qüvvəsi olan, onun siyasətinin həyata keçirilməsində ciddi rol oynayan Almaniyanın Azərbaycanda insan hüquq və azadlıqları məsələsinə xüsusi diqqət göstərir. Lakin hakimiyyət ölkədə demokratik rejimin qurulmasını istəmir. Bu səbəbdən də tənqidləri son dərəcə böyük narahatçılıqla qarşılayır. Demokratiya ilə bağlı təzyiqlər artdıqca hakimiyyətin isterikası da artır. AzTV-də Almaniya ilə bağlı ağ yalanlardan ibarət olan fikirlərin deyilməsi də bu isterakının göstəricisidir.
Almaniyanın sürətlə inkişaf etdiyini və Azərbaycandan fərqli olaraq insan hüquq və azadlıqları ilə bağlı heç bir problem yaşamadığını deyən ekspertin sözlərinə görə, rəsmi dövlət televiziyasında bu ölkə ilə bağlı cəfəng fikirlərin deyilməsi gülüş doğurur. Bunun başlıca səbəbi demokratiya ilə bağlı tələblərin sərtləşməsidir: “Iqtisadi problemlərlə bağlı fikirlər səslənir. Bunların hamısı cəfəngiyyatdır. Bircə fakt demək lazımdır ki, Almaniyada ÜDM 3 trln 600 mlrd avrodur. Azərbaycan da ÜDM 40 mlrd dollardır. Almaniyanın enerji daşıyıcılarını almaqla bağlı heç bir problemi yoxdur. Ortada heç bir iqtisadi motiv yoxdur. Sadəcə olaraq Avropa Birliyi qonşularında normal demokratik rejimlərin olmasında maraqlıdır”.

~ tərəfindən Patriot 11/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma