İSRAİLDƏN AZƏRBAYCANA GƏTİRİLƏN SİLAHLARIN SİYAHISI AÇIQLANDI

StrategyPage saytı: “Sazişin təfsilatına yer verilməmişdi, amma indi sirr pərdələri qaldırıldı”

Hərbi mövzular üzrə ixtisaslaşan StrategyPage saytı bu ilin mart ayında imzalanmış 1,6 milyard dollar dəyərindəki saziş əsasında Azərbaycana gətirilən İsrail silahlarının siyahısını açıqlayıb. “Sazişin təfsilatına yer verilməmişdi, amma indi sirr pərdələri qaldırıldı” – deyə StrategyPage bildirir.

Alınan silahlar arasında gəmi əleyhinə hərəkət məsafəsi 36 km olan “Gabriel-522-x” raketləri qeyd olunur. Azərbaycan onlardan Xəzər sahillərini İranın bu bölgədə sayı artmaqda olan hərbi gəmilərindən qorumaq üçün istifadə edəcək. Bundan başqa, 5 ədəd “Heron” və 5 ədəd “Searcher” pilotsuz təyyarələri əldə edilib.
“Heron” 4,6 tonluq pilotsuz uçuş aparatı (PUA) 14000 metr yüksəklikdə işləmək iqtidarındadır. “Heron” 1 ton faydalı yük daşıya bilir və yerdə olanlar haqqında müfəssəl təsəvvür yarada bilən cihazlar yerləşdirməyə imkan verir. Bu pilotsuz təyyarənin uçuş müddəti 36 saatdır ki, bu da “Heron”u Amerikanın “MQ-9 Reaper” təyyarəsinin rəqibinə çevirir.
İkinci PUA – “Searcher” 2,5 ton ağırlığındadır və 20 saat havada qala bilər. Maksimal uçuş yüksəkliyi 7500 metr, uçuş məsafəsi isə operatordan 300 km təşkil edir. 120 kq faydalı yük daşıya bilir.
RƏM sistemlərindən Azərbaycan “Barak-8″ sistemləri və onlar üçün 75 raket əldə edib. ”Barak” raketinin hər biri təxminən 1,6 milyon dollardır, 21,8 kiloqramlıq döyüş başlığı ilə birlikdə çəkisi 98 kq-dır, uçuş məsafəsi 10 km təşkil edir. Raketlər 8 hissədən ibarət konteynerlərdə yerləşdirilib (minimum qulluq tələb edir) və vertikal atılır. RLS 360 dərəcə qət edir, raketlər isə hücumda olan gəmi əleyhinə və ya uçan raketləri 500 metr məsafədən vura bilər. Hər bir “Barak” sistemi (raketləri, radarı, kompyuterləri və qurğusu olan konteyner) təxminən 24 milyon dollar dəyərindədir. Sistem təyyarələrə qarşı da səmərəlidir. “Barak” gəmilərdə və ya yük maşınlarında quraşdırıla bilər.
Bundan başqa, sazişin bir hissəsi “Green Pine” radiolokasiya sistemlərinin əldə edilməsinə aiddir. İsrail bu RLS-dən öz raket əleyhinə müdafiə sistemində istifadə edir. O, 500 km-ə qədər məsafədə ballistik raketləri, habelə yaxınlaşan təyyarələri müəyyən edə bilir.
Azərbaycan bütün bu silahların İrana qarşı müharibə aparılması üçün deyil, qonşu Ermənistanla ərazi mübahisəsinin həlli üçün nəzərdə tutulduğu barədə xəbərdarlıq edib. İki il əvvəl İranla düşmənçilik və Ermənistanla mübahisələr neftlə zəngin olan Azərbaycanı hərbi büdcəsini 87 faiz – 3,1 milyard dollara qədər artırmağa sövq etdi. Büdcənin demək olar ki, yarısı silahlı qüvvələrin müasirləşdirilməsinə xərcləndi. Terrorizmə qarşı mübarizə imkanlarının yaxşılaşdırılmasına gizlin olaraq böyük pul vəsaitləri xərclənib. İsrail Azərbaycanda İranın sponsorluq etdiyi İslam terrorizminin aşkar olunması və ona qarşı mübarizə üzrə məsləhət xidmətləri göstərdi və xüsusi avadanlıqlarla təmin etdi.

~ tərəfindən Patriot 09/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma