“20 – ci SAHƏ”də ONMİNLİK MİTİNQ (VİDEO)

8 aprel

Növbəti mitinq aprelin 22-nə təyin olundu

Mitinqdə daha sonra Pənah Hüseyn, gənclərdən Samir Əsədli çıxış ediblər. Daha sonra söz Müsavat başqanı İsa Qəmbərə verilib. İ.Qəmbər çıxışında elan edib ki, İctimai Palata aprelin 22-nə növbəti mitinq təyin edib. Müsavat başqanı gənclərin hazırkı demokratiya uğrunda mübarizədə fəal iştirakını alqışlayaraq onları təqdir edib.

İsa Qəmbərin çıxışından sonra mitinqin qətnaməsi oxunub. Qətnamədə vicdan məhbuslarının dərhal azad edilməsi, sərbəst toplaşma
azadlığının təmin olunması, mülkiyyət hüquqlarına qəsdin dayandırılması və bəzi başqa sosial tələblər əksini tapıb.

Mitinqə gələn müxalifət fəallarından biri Əliqardaş Hasilov bildirib ki, onu və bir qrup mitinqçini meydanın arxa hissəsindəki ikinci
qapısından keçmək istəyərkən polislər döyüb. Polsi isə heç kimə zorakılıq edilmədiyini deyib.

AXCP sədrinin müavini Asəf Quliyev “Azadlıq” radiosuna deyib ki,hakimiyyət orqanları əvvəlcədən götürdükləri öhdəliyi pozaraq əhalinin
mitinqdə iştirakına mane olmağa çalışsa da, avtobus və taksilərin meydana doğru hərəkətini qadağan etsə də, məktəbli yaşda olanları, gəncləri meydana buraxmasa da iştirakçı sayı baxımından gözlədikləri nəticəni əldə ediblər. O, meydanda bütün maneələrə baxmayaraq 10 mindən artıq insanın toplaşdığını deyib və əlavə edib ki, aksiyaya piyada gələnllər davam etməkdədir.

Mitinqdə ilk çıxış edən AXCP sədri Əli Kərimli olub. Əli Kərimli son illər hakimiyyətin azad sözə, jurnalistlərə təzyiqindən, onları öldürtməsindən, həbs etdirməsindən danışıb. Eyni zamanda hakimiyyətin kütləvi aksiyalara imkan vermədiyini deyib.

«Hakimiyyətin məqsədi budur ki, özünün korrupsiya siyasətindən diqqəti yayındırsın. Hakimiyyət özünün müxalifətini yaradıb cəmiyyətə təqdim
etmək istədi. Mən burdan bəyan edirəm ki, alınmadı bu siyasət, İlham Əliyev!».

Əli Kərimli daha sonra dedi: «İndi dünya tiranlardan xilas olur. Azərbaycan da bu prosesdən kənarda qala bilməz. Azərbaycan xalqı azadlığa layiq xalqdır!»

Əli Kərimli hakimiyyətin Qarabağ siyasətinə də toxunub. O deyib ki,  Azərbaycan hakimiyyəti Qarabağı qaytarmaq üçün heç bir addım atmır: «Minlərlə azərbaycanlı Qarabağ uğrunda şəhid olub. onların ruhu narahatdır!» (“Azadlıq” radiosu).

Ə.Kərimli çıxışını bitirdikdən sonra xarici jurnalistlərə müsahibə verib.

Aksiyadan hazırlanmış 1-ci videonu izləyin

Aksiyadan hazırlanmış 2-ci videonu izləyin


Aksiyadan hazırlanmış 3-cü videonu izləyin



Aksiyadan hazırlanmış 4-cü videonu izləyin




Aksiyadan hazırlanmış 5-ci videonu izləyin



Aksiyadan hazırlanmış 6-cı videonu izləyin




İsa Qəmbərin çıxışlarını izləyin


Əli Kərimlinin çıxışını izləyin



Pənah Hüseynin çıxışını izləyin


Gözəl Bayramlının çıxışını izləyin


İbrahim İbrahimlinin çıxışını izləyin


Gülağa Aslanlının
Kamal Vəlişovla mitinq öncəsi polemikasını izləyin


“ANS” TV-nin aksiya
haqda video-reportajını izləyin


~ tərəfindən Patriot 08/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma