MÜXALİFƏTDƏN BÖYÜK MİTİNQ QƏRARI

Meriya 8 aprel aksiyasına razılıq verdi; İP mitinq hazırlığını gücləndirdi

Bakı Şəhər Icra Hakimiyyəti Ictimai Palatanın 8 aprel mitinqi ilə bağlı müraciətinə cavab verib. Merianın cavabında göstərilir ki, Ictimai Palata deyilən tarixdə 20-ci sahədəki sürücülük məktəbinə məxsus meydanda mitinq keçirə bilər.

Ictimai Palata BŞIH-in cavabına müraciət edib və mitinqi təklif olunan yerdə keçirməyə qərar verib. Mitinqin 16:00-dan 18:00-a qədər davam etməsi nəzərdə tutulur.
Ictimai Palata mitinq qərarını elan etdiyi ilk günlərdən aksiyaya ciddi hazırlıq işləri aparılırdı. Məqsəd aksiyaya bütün narazı təbəqələri cəlb etmək idi. Artıq görülən işlər müsbət nəticə verməkdədir.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib ki, əhalinin müxtəlif təbəqələrindən 8 aprel mitinqinə qatılmaq üçün xeyli sayda müraciətlər olunub. “Bu sıraya taksi sürücülərini, evi sökülən vətəndaşları, yerlərdə məmur özbaşınalığı ilə insanları qeyd etmək olar”,- deyə AXCP vurğulayıb.

Həsən Kərimov bildirib ki, bununla belə aksiyanın izdihamlı alınması üçün səylərini daha da artırıblar: “Həm partiya, həm də Ictimai Palata olaraq biz son günə qədər hazırlıqlarımızı davam etdirəcəyik. Biz əldə olunan nəticələrlə kifayətlənmək niyyətində deyilik. Sabahdan (bu gündən – red) Bakıda mitinqə çağırış vərəqələri yayacağıq.  8 aprel aksiyasının daha izdihamlı keçməsi üçün bütün gücümüzü səfərbər etmişik. Ümid edirik ki, gözləntilərimiz özünü doğruldacaq. Bu aksiya Azərbaycanda ümumxalq hərəkatının başlanğıcı olacaq”.
Müsavat başqanının müavini Gülağa Aslanlı da aksiyaya hazırlıqların davam etdirildiyini bildirib. Onun sözlərinə görə, Ictimai Palatanın yerli şöbələrində mitinqlə bağlı müşavirələr keçirilir: “Bu müşavirələr davam edir. Bundan başqa əhalinin müxtəlif təbəqələrilə ciddi iş aparırıq. Qeyd edim ki, əhali arasında 8 aprel aksiyasına xeyli maraq var. Hesab edirik ki, hazırlıqlarımızı uğurla başa çatdırıb izdihamlı bir aksiyanın keçirilməsinə nail olacağıq”.

~ tərəfindən Patriot 05/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma