AZƏRBAYCAN HAKİMİYYƏTİNİN ERMƏNİ QAYĞIKEŞLİYİ

Qarabağ Azadlıq Təşkilatı ermənilərin Bakıya gətirilməsini kəskin pisləyən bəyanat yayıb

QAT-ın mətbuat xidmətindən daxilolan bəyanatda bildirilir ki, Qarabağ Azadlıq Təşkilatı Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında erməni deputatların iştirakına şərait yaradılmasını bir daha pisləyir və Azərbaycanın milli maraqlarına zərbə kimi qiymətləndirir. Bu, Azərbaycan iqtidarı tərəfindən çox böyük yanlışlıq oldu. Azərbaycan polisi sessiya keçirilən günlərdə işğalçı Ermənistan nümayəndələrinin əsil müdafiəçilərinə çevrildilər, ən iyrənc metodlara əl atmaqla hər hansı aksiyanın keçirilməsinə imkan vermədilər. Erməniləri qorumaq naminə öz xalqına qarşı bu cür amansız və ləyaqətsiz hərəkət edənləri lənətləyirik. Bu cür təzyiq və təqiblər bizim iradəmizi sındıra bilməz və mübarizəmizi davam etdirəcəyik.

Azərbaycan hakimiyyəti erməni deputatlarını Bakıya gətirməklə onlara haqsız və əsassız iddialarını səsləndirmək üçün geniş tribuna verdi. Ermənilər Azərbaycan dövlətini və xalqını yüksək tribunadan təhqir etdilər, “işğalçı” adlandırdılar, şəhidlərimizin ruhlarını təhqir etdilər. Ermənilər hər hansı dialoqa hazır olmadıqlarını, əksinə, istənilən məqamdan Azərbaycanı itiham etmək üçün istifadə etməyə çalışdıqlarını bir daha nümayiş etdirdilər. Azərbaycan hakimiyyətinin bu yanlış addımından ermənilər öz məkrli niyyətləri üçün istifadə etdilər. Bu rüsvayçılığın ancaq bir adı var: ermənilər gəlidilər, Azərbaycanın paytaxtında meydan suladılar, bir qarış torpağı da geri qaytarmayacaqlarını nümayiş etdirdilər, Azərbaycanın bütün dövlət rəsmilərini də, deputatlarını da, bütövlükdə xalqı da təhqir etdilər, şəhərin küçələrini də sərbəst gəzdilər, azərbaycanlıları qətlə yetirənlərin adına erməni kilsəsində dualar da oxudular və heç nə olmamış kimi çıxıb getdilər.

Biz dövlətin maraqları baxımından aksiya və digər radikal addımlarda israr etmədik. İstəmədik ki, bəzi beynəlxalq mərkəzlər və ermənilər bizim hərəkətlərimizdən dövlətə qarşı istifadə etsinlər. Digər tərəfdən, cəmiyyətin, ictimai, siyasi qurumların da mövqeyini yoxladıq. Bizim hərəkətləri qınayan, bəyənməyənlərin mövqeyini və hərəkətlərini görmədik. Biz özümüz üçün çox nəticələr çıxartdıq. Bir daha təsdiq olundu ki, ermənilərlə hər hansı danışığın, “xalq diplomatiyası” oyunlarının heç bir mənası yoxdur. Erməni yalnız güc qarşısında geri çəkilə bilər. Biz ermənilərə gücümüzü göstərməliyik!

~ tərəfindən Patriot 04/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma