NEFTDƏN ZƏNGİNLƏŞƏN DİKTATORLAR…

Hakimiyyətin neft pullarını hansı yollarla oğurladığı ABŞ-ın ən populyar kitabında

Maykl Ross: “Neftdən zənginləşən diktatorlar üçün yollar tikmək və silah almaq uzunmüddətli məqsədləri gerçəkləşdirməkdən daha maraqlıdır”

“Azərbaycan kimi ölkələrin vətəndaşları hökumətlərinin nə qədər pulu olduğunu öyrənsə, nə olardı?”. Belə bir sual Kaliforniya Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L.Rossun kitabında qoyulub.
Bu yaxınlarda işıq üzü görmüş “The Oil Curse” kitabı bu gün ABŞ-da ən çox oxunan kitablardan biridir. Bu günlərdə Nyu-Yorkda nüfuzlu neft maqnatları və korrupsiya üzrə ekspertlər qarşısında çıxış edən Ross Azərbaycan, Venesuela və digər ölkələrdə neft gəlirlərinin necə xərclənməsinə toxunub.

Maykl Ross və onun kitabı

“Azərbaycanda hər il ölkənin illik büdcəsi haqqında parlament müzakirələri təşkil edir və bu şəkildə, guya əhaliyə məlumat verir. Əslində isə əhalinin neft gəlirlərinin yarısı haqqında belə təsəvvürü yoxdur. Bu gəlirlər büdcədə əks olunmayıb və ARDNŞ vasitəsilə mənimsənilir. Insanlar bu barədə heç nə bilmirlər”, deyə Ross bildirib.
“Turan”ın müxbiri ilə söhbətində analitik neftlə zəngin postsovet respublikaları və Yaxın Şərq ölkələrinin, bir qayda olaraq, qeyri-demokratik olması, qeyri-sabit iqtisadiyyatı və vətəndaş müharibələri ilə fərqləndiyinə diqqət çəkib. Oradakı hökumətlər şəffaf vergi sistemindən uzaqlaşmağa çalışırlar, belə ki, bu, ictimai nəzarət alətlərindən biridir.
“Neftdən zənginləşən diktatorlar üçün yollar tikmək və silah almaq daha uzunmüddətli məqsədləri gerçəkləşdirməkdən daha maraqlıdır”, deyə o qeyd edib.
Məsələ bundadır ki, ABŞ neft məsələsində qeyri-sabit dövlətlərdən asılıdır. “Belə ölkələrdə, o cümlədən Azərbaycanda neft olması onlarda avtoritarizmin səbəblərini açıqlayır”, deyə Ross bildirib.
Bəs nə etmək olar? Vəziyyəti necə dəyişmək olar? Professor hesab edir ki, bu, üç əsas amildən asılıdır:
1) Qərb ölkələri, ABŞ öz neft mənbələrini müxtəlifləşdirməlidir,
2) Azərbaycan kimi ölkələrdə demokratik islahatlara ciddi dəstək göstərilməlidir,
3) BP və Shell kimi iri Qərb şirkətləri investisiyalar, xərclər və gəlirlər haqqında məlumatların açıq olmasını təmin etməlidir.
Rossun fikrincə, Yaxın Şərqdə dəyişikliklərin arxasında nə islam, nə ərəb amilləri durur, belə ki, oradakı rejimlərin xarakteri onlar üçün neft quyularının dindən üstün olduğunu göstərir.

~ tərəfindən Patriot 29/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma