NAZİRİN QOÇULARI TAKSİ SÜRÜCÜSÜNÜ ÖLÜMCÜL DÖYDÜ (VİDEO)

Vəhşiləşmiş nəqliyyat müfəttişləri onun başına bellə zərbələr endirib

Martın 26-da paytaxtda taksi sürücülərindən biri Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən ölümcül döyülüb. İnsidentə səbəb müfəttişlərin sürücüdən 100 manat tələb etməsi olub. Pulunun olmadığını deyən sürücü nazirin qoçuları tərəfindən ölümünə döyülüb.

“Ziyalı” qoçular adını dəqiqləşdirə bilmədiyimiz sürücünün başına və bədəninə bellə vurublar. Yaxınlıqdan keçən və hadisəyə şahid olan bir nəfər olayı telefonla çəkib. Şahid müfəttişlərin sürücünü niyə döydüyünü soruşduqda nazirliyin əməkdaşları “bu, bizim işimizdir” deyə cavab verib.

Hadisə 8-ci mikrorayon ərazisində “qoşa zapravka” deyilən yerdə səhər saatlarında baş verib. Müfəttişlər ölümcül hala saldıqları sürücünü elə yolun ortasında buraxaraq 90 AF 364 nömrəli xidməti maşınlarına oturaraq uzaqlaşıblar. Olaydan xəbər tutan digər sürücülər əraziyə gəlib və Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat veriblər. Həmkarları tərəfindən xəstəxanaya çatdırılan sürücünün vəziyyəti ağır olub. Olayın lentə alınmış görüntüsü isə DİN-ə təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Dünən Müsavat Partiyası taksi sürücüsünün Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən ölümcül döyülməsi ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, hadisə ilə bağlı internetdə yayılan videogörüntülərdə nəqliyyat müfəttişlərinin yaşlı bir sürücünü döyərək ölümcül vəziyyətə saldığı, 90 AF 364 nömrəli maşında olduğu aydın görünür: “Nəqliyyat Nazirliyinin müfəttişləri ilk dəfə deyil bu cür özbaşınalıq və vəhşiliklər törədir. Mətbuatda onların bu cür hərəkətləri barədə mütəmadi olaraq məlumatlar dərc olunsa da onların qarşısını alan yoxdur”.

Partiya bu faktı vətəndaşlara qarşı aparılan repressiya, təzyiq və talançılıq siyasətinin növbəti nümunəsi kimi dəyərləndirir və bildirir ki, bu cür vəhşi idarəçilik metodu artıq hakimiyyətin rəsmi siyasətinin tərkib hissəsinə çevrilib: “Bu, həm də son vaxtlar taksi sürücülərinin öz hüquqları uğrunda apardığı mübarizəyə görə onların gözünü qorxutmaq və cəzalandırmaq niyyəti daşıyır. Müsavat Partiyası bu hadisəni qətiyyətlə pisləyir və onu törədənlərin dərhal cəzalandırılmasını tələb edir, taksi sürücülərinin öz hüquqları uğrunda apardığı haqlı mübarizədə onlara tam dəstək verdiyini bəyan edir”.

~ tərəfindən Patriot 29/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma