5 MÜXALİFƏT PARTİYASI BİR ARAYA GƏLDİ

AXCP, Müsavat, ADP, AMİP, KXCP liderləri birgə müzakirələrə başladı

Martın 17-də AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, AMİP sədri Yusif Bağırzadə və KXCP sədri Mirmahmud Mirəlioğlunun iştirakı ilə görüş keçirilib. Görüşün keçirilməsi və müzakirə olunan məsələlər barədə qəzetimizə informasiyanı tədbirin təşkilatçısı AMİP sədri Yusif Bağırzadə verib.
Onun sözlərinə görə, partiya sədrlərinin görüşü qeyri-rəsmi olub. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Müxalifət təmsilçiləri qərara alıblar ki, bir sıra məsələlərdə bu «beşlik» əməkdaşlıq və ortaq mövqedən çıxış edə bilər: «Bu partiyalar müxalifətin aparıcı təşkilatlarıdır. 2003-cü ildən sonra bu partiyalar bir araya gələrək müzakirə aparmayıblar. Bu ənənənin bərpa olunması yaxşı haldır. Bizim bu əməkdaşlığımız nə İctimai Palataya, nə «Qarabağ» blokuna, nə də Müqavimət Hərəkatına qarşıdır. Biz əməkdaşlığımızı bundan sonra da davam etdirmək niyyətindəyik. Belə razılığa gəlmişik ki, ayda bir dəfə görüşərək ölkədə baş verənləri müzakirə edək».
Bu partiyaların birlikdə bir sıra qanunverici təşəbbüslərlə də çıxış edə biləcəklərini deyən Y.Bağırzadə konkret nümunə kimi Seçki Məcəlləsinə dəyişikliklər məsələsini göstərdi.
Bununla belə beş partiyanın hər hansı yeni təşkilatda birləşmək niyyəti yoxdur. Y.Bağırzadənin sözlərinə görə, sadəcə olaraq partiya sədirləri ən azı ayda bir dəfə bir araya gələrək ölkə problemlərini, ictimai-siyasi durumu müzakirə edəcəklər.

~ tərəfindən Patriot 21/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma