MİLLİ MƏCLİSDƏ ALMANİYAYA HÜCÜM

Almaniya XİN başçısının Bakıda müxalifətlə görüşməsi iqtidarı yerindən edib

Parlamentin bu günkü iclasında bəzi deputatlar Almaniya hökumətini tənqid atəşinə tutub. İclas hökumətin parlament qarşısında hesabatına həsr edilsə də, deputatlardan “imkan tapıb” Vestervelli və  Almaniya hökumətini tənqid edənlər də olub.
Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Almaniya XİN başçısını Bakıda müxalifətlə görüşdüyü üçün ittiham edib.
“Modern.az”ın verdiyi xəbərə görə, Zahid Oruc deyib ki, Almaniya dövlətinin rəsmisinin müxalifətlə bağlı qapılar arxasında danışıqlar aparması başadüşülən deyil: “Onsuz da müxalifət axşam yeməyini səfirlərlə yerir. Buna baxmayaraq, cəmiyyətə məlumat verilməlidi idi ki, bu görüşdə nədən danışılıb”.
Eyni fikri YAP icra katibinin müavini Mübariz Qurbanlı da təkrarlayıb. Onun sözlərinə görə, Almaniya höküməti Azərbaycana təzyiq etmək üçün daxili siyasi qüvvələrdən istifadə etməyə çalışır. Mübariz Qurbanlı həmçinin Almaniyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini sərt tənqid edib. O, səfirliyin fəaliyyətinin qeyri qənatəbəxş olduğunu bildirib.

~ tərəfindən Patriot 16/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma