İCTİMAİ PALATA GƏNCLƏRİ MEYDANLARA SƏSLƏDİ

İctimai Palata “Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin” 17 mart aksiyasını dəstəkləyib.

İctimai Palata hesab edir ki, ölkədə demokratiyanın bərqərar olmasının bir yolu da Azərbaycan gəncliyinin fəal mövqe nümayiş etdirməsindən, ictimai-siyasi proseslərdə aktiv iştirakından keçdiyini bildirib. Bu məqsədlə təşkilatın Koordinasiya Şurası martın 17-də gənclərin bir araya gələrək konstitusion hüquqlarından istifadə edərək aksiya keçirməsini pozitiv hadisə kimi dəyərləndirib. İctimai Palata bütün gəncliyi 17 mart mitinqinə diqqət ayırmağa, ölkənin problemlərinə biganə qalmayaraq hüquq və azadlıqların müdafiəsi üçün təşkil edilən mitinqdə iştiraka çağırıb. İctimai Palata Azərbaycan hökumətinə də çağırış edərək gənclərin sərbəst toplaşmaq hüququna hörmət bəsləməyi, onların dinc və maneəsiz aksiya keçirməsinə şərait yaratmağı tələb edib.

Martın 17-də Bakı Şəhər İcra Hakimiyyəti gənclərə vicdan məhbuslarına keçiriləcək  dəstək aksiyası üçün paytaxtın “20-ci sahə” deyilən ərazisini ayırıb. Bu barədə  qəzetimizə Müsavat Gənclər Təşkilatıın sədr müavini Səxavət Soltanlı məlumat verib.  S.Soltanlı qeyd etdi ki, aksiya “Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara  azadlıq!” şüarları ilə keçiriləcək.
Qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsində 9 təşkilat – VHP, Müsavat,  ADP və AXCP-nin gənclər təşkilatları, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”,  “Müsbət Dəyişiklik”, “İnsan Haqları” təmsil olunur”.

~ tərəfindən Patriot 16/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma