HAKİMİYYƏT TƏŞVİŞƏ DÜŞÜB

quba xalq üsyan

Quba olayının başqa rayonlarda baş verməməsi üçün ağılagəlməz tədbirə əl atılıb

Rusiyadan qeyri-rəsmi pul köçürmələrinə niyə qadağa qoyulub; bu işlə məşğul olanlar «Bandotdel»ə çağırılaraq hədələnib

Azərbaycan hakimiyyəti Quba olaylarından təşvişə düşüb. Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət bu olayların başqa rayonlara keçə biləcəyindən ehtiyatlanır. Bu baxımdan da indidən müəyyən tədbirlər görməyə başlayıb. Bu tədbirlərdən biri də Rusiyadan Azərbaycana edilən qeyri-rəsmi pul köçürmələrinə qadağa qoyulmasıdır.
Məlumatlara görə, hökumət Quba olaylarında Rusiyada fəaliyyət göstərən və əslən bu rayondan olan iri sahibkarlardan şübhələnir. Hökumətdə düşünürlər ki, məhz həmin sahibkarların maliyyə dəstəyi nəticəsində bu hadisələr təşkil edilib. Hökumətdə belə bir şübhənin yaranmasının səbəbi bizə bəlli deyil. Lakin bəlli olan odur ki, ən yuxarı səviyyədə verilən tapşırıq əsasında Rusiyadan Azərbaycana edilən qeyri-rəsmi pul köçürmələrinə qadağa qoyulub. Bu hadisələrdən bir qədər sonra bu işlə məşğul olanların əhəmiyyətli hissəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırılıb. Onlara qəti şəkildə xəbərdarlıq edilib ki, pul köçürmələrini dayandırsınlar. Bu işlə məşğul olmağı unutsunlar. Əks-təqdirdə uzun müddətə həbsxanaya göndərilə bilərlər. Bu proses ümumi şəkil alıb. Yəni, Rusiyada fəaliyyət göstərən Azərbaycanın bütün bölgələrinə aid sahibkarların Azərbaycana pul köçürməsi müşkülə çevrilib.

~ tərəfindən Patriot 14/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma