MİRZƏ SAKİT: SAAKAŞVİLİYƏ MƏKTUB

(Ramiz Mehdiyevdən) Hələ bunun adına bir bax: Mixail. Soyadına boylan: Saakaşvili. Dədəsinin adını araşdırmaq üçünsə gərək Rusiyanın KQB-sini  bu işə cəlb edəsən. Boyuna-buxununa fikir ver, bir metrə doxsan beş santimetr, amma danışığına qulaq asanda indi Aydın Mirzəzadə bədbəxt yerində dingildəməsin nağayrsın bəs?

O boyda ölkənin paççahısan, kostyum geyinib qalstuk bağlamaqla deyileee, gərək adamın daxılındə paççahlıq ola. Hardan biləsən axı…. sənin də dədən səndən əvvəl paççah olsaydı, onda danışanda ağzından Milli Məclisə dürr tökülərdi.
İki həftə səni gözlədik ki, gəlib beş-on kəlmə söz danışıb bizi xoşbəxt edib gedəcəksən. Sən nağayrdın bəs ? Qəflə-qatırnan, hötə-hötnən o uzunluğunda yol gəlib bizi qaldırıb göyün yeddinci qatından “Hı” eləyərək yerə çırpdın. Nöyüt istədin verdik, qaz istədin verdik, pul istədin cibini doldurduq, bu idimi sənin əvəzin. Sən bütün yol boyu görmədinmi Heydər Əliyevin “Neft bizim sərvətimizdir” şüarlarını. Əgər o şüarlarda yazılsaydı ki, “Neft xalqın sərvətidir”, o zaman sən deyən olardı. İndi malımızı yeyib üzümüzə ağ oldun, eləmi ? Heç eybi yox, “Bakı-Ceyhan” durbasının Gürcüstandan keçən hissəsinin də marşurutun dəyişərik, onda ağlın başına gələr. Qırx ildir ki, “öndər”imiz Heydər Əliyev öz oğlu və öz nəsli üçün dövləti ona görə qurmadı ki, sən də gəlib “Bir kərə yüksələn bayraq bir daha enməz” hayqırasan. Niyə görə bu cüreyn yüksəlişləri, tərəqqini gözün görmədi, amma tez-tələsik o şüarı əzbərləyib hürmətli paççahımız İlhamın  Parlamentində səsləndirmək fikrinə düşdün. Bəlkə sənin də qulağına səs dəyib, əgər dəyibsə biləsən, bura nə Misirdi nə də Liviya. Buranın kanalizasiyaları da şırıllayanda “öndər” səsi çıxardır…At kimi üzümüzə dirənib dedin ki, Azərbaycan Dövlətçiliyinin banisi M. Ə. Rəsulzadədir. Sən bu sözü işlədəndə Siyavuş Novruzovu güclə tutub saxladım, o artıq pencəyini çıxardıb sənə hücüma keçmək zorundaydı. Mubariz Qurbanlı isə hirsindən çaşıb pencək əvəzinə artıq şalvarının bir qıçını  çıxartmışdı. İkinci qıçını çıxartmağa cəhd edəndə ayağı dolaşdı və ağzı üstə yerə gəldi. Fəzail Ağamalı isə “Ya Hüseyn” deyərək, (Hüseyn Abdullayev) ayağa qalxdı. Bahar Muradova əl atıb sifətini şırığlayaraq yerə qoydu. Yadımdadır, spiker Oktay Əsədov koramal kimi fısıldayaraq dedi ki, Saakaşvili Yevrovisionun Bakıda keçirilməsinə paxıllıq edir. Musurman olsaydın Allahşükür kimi imanlı danışardın. Boğazından bir çuğun xaçı asıb, gəzdirməynən döyul eee, gərək Təzəpir məscidinin axundu qədər  olmasan da heç olmasa Hidayət Orucov qədər Allahlı olub Heydərə biətliyin olardı. Paççahlıq gəldi-gedərdi a Mişa, amma və lakin adam gərək qızındığı qazın, maşınına tökdüyü benzinin haqqı-sayın itirməyə. Hələ mən sənin İlhamla haqqı-salamını demirəm. Neçə dəfə Bakıya qonaq gəlmisən, Mehriban bajı süfrə açıb qənşərinə çay qoyub,  qazanın ağzını sən gəlməmiş açmayıb. O balaca tifil Heydər on dəfə çığırıb – Ay mama, mənə yemək ver- desə də anası deyib ki, a bala Mişa əmi gəlməmiş çömçəyə əl vura bilmərəm. Cəlal baba öz şəxsi qoyun sürülərindən iki baş kök erkəyi seçib sənin ayağının altında qanladı ki, məhz sən Dövlətçiliyimizin onun qaqaşının adıyla bağlılığını səsləndirəsən. Rövnəq Abdullayev gecə-gündüz benzin kanistirlərini belində Gürcüstandakı “Sokar”a daşımaqdan gədənin beli Məmmədhəsən əminin ulağının beli kimi yağır olub. Ziya Məmmədov səninlə Tiflisdə danışanda sənə o qədər dil-ağız eləmişdi ki, heç Quba camaatına o qədər yalvarmamışdı. İndi noldu bəs, gürcü çaxırından mıxlayıb o üzdən bəri sallana-sallana gəlib burda bu oyunu durğuzub getdin. Əliyevləri hələ qoyuram qırağa, elə bilirsən ermənilər bunu sənə bağışlayacaqlar ? Qətiyyən. Çünki YAP-çılar deyəndə ki, bizim Dövlətçiliyimizin tarixi Heydər Əliyevlə bağlıdır, ermənilər də bu sərsəmləmələrdən çox sevinirdilər. Və deyirdilər ki, deməli sizin Dövlətçiliyiniz elə dünən qurulub daaa. Sənin tufağını Allah dağıtmasın a Mişa, hara dartıb uzatdın bizib tariximizi. Milli Məclisə gəlib çıxana qədər bəlkə yeddi dənə çirkli pulların yuyulmasıyla başa gələn körpülərin üstündən adlayıb keçdin və hər körpünün də üstündə İlhamın dəsti-xəttiylə yazılan şüarları görmədinmi. Nolardı ki, o şüarlardan birini səsləndirəndə. Sənin bizə ən böyük düşmənçiliyin isə ondan ibarət oldu ki, müxalifəti üstümüzə qaldırdın. Dəqiq verilən informasiyalara istinadən sabah İctimai Palata mitinq qərarını verməlidir. Dincəldinmi ? Demokratlığın indi tutdumu, özün görürsən ki, Bəşər Əsəd də artıq çezdirilmək üzrədi. Yoxsa bunu Amerikada Obamamı qulağına pıçıldayıb dedi. Bəlkə keçən həftə Klinton Tiflisə gələndə “Bur-Bur” restoranında çaxır vura-vura sənə öyrətdi….A kişi, bir dillənsənə, ürəyimiz partladı axı…And olsun “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun taxtabaş kəlləsinin üstündəki Heydərin şiklinə ki, sən bu şüarı havayı yerə işlətməmisən. Heç olmasa-ucundan qulağından bizə pıçılda ki, işimizi bilib, köçümüzü hazırlayaq. Sən bilirsənmi, bu illər ərzində biz nə qədər daxili düşmən qazanmışıq. And olsun Fəxri Xiyabandakı “öndərin” perlamontnıy güllü goruna ki, taxtdan düşən kimi hər tikəmiz bir əldə gedəcək. Azərbaycanda pislik etmədiyimiz bir nəfər də olsun qalmayıb. Malımız-pulumuz cəhənnəm, başımız Qəddafinin başına dönəcək. Ay bico, genasvali, əgər bu sirri bizə açmasan biz də deyəcəyik ki, Gürcüstanın dövlət müstəqilliyi Şevarnadzenin adıyla bağlıdır. Düzdür Şevarnadze bizim kimi əclaflıq etməz, o bu sözə qəti etirazın bildirər. Lakin özün bizim necə bədhesab zorakı olduğumuzu bilirsən. Artıq səndən şübhələnməyə başlamışıq. Sabah da faktları ortaya töküb deyəcəksən ki, Elmar Hüseynovun da qətlinin sifarişçisi məhz İlham Əliyevdir. Ay sənin demokrat öyün dağılmasın, qələt elədik səni Milli Məclisimizin o kürsüyə qaldırdıq. YAP mövcud olandan bəri hələ o kürsüdə bir vicdanlı söz söylənilməmişdi…Niyə gəlib kürsümüzü sevindirib gedirsən, ay səni görüm bizim kimi əclaf olasan. Vsyo, bu gündən Qırmızı körpüdən keçən gürcüstanlılara qara gün çəkdirərik, ağlın başına gələr. Biz də bizik, bizə  də Heydər çaqqalları deyərlər… Görərsən…..

~ tərəfindən Patriot 12/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma