“BİZ SƏNİNLƏYİK, XƏDİCƏ!”

Qadın fəallar şantaj edilən jurnalistə dəstək bəyanatı verdi

Bir sıra qadın fəallar jurnalist Xədicə İsmayılovanın çirkin şantajla üzləşməsinə etiraz olaraq bəyanat qəbul edib

Bəyanatda deyilir:

Görkəmli jurnalistin, Azərbaycanın vətənpərvəri, ləyaqətli vətəndaşı və gözəl qadının təmiz adını çirkin və alçaqcasına ləkələmək cəhdi baş tutmadı. Bu, ölkədə onsuz da Azadlıq radiosu və digər beynəlxalq radiokanalların yerli dalğalarda yayımına qadağadan, həmçininyerli media strukturlarının ardıcıl təqibi, qondarma ittihamlarla jurnalistlərin həbsi və uzun müddətə azadlıqdan məhrum edilməsindən sonra onsuz da məhdudlaşdırılan müstəqil KİV-i və səsləri susdurmaq üçün növbəti cəhddir.
Biz, aşağıda imza qoymuş Azərbaycan xalqının qızları aydın və ucadan bəyan edirik – biz ölkədə hakimiyyəti zəbt etmiş və Vətənimizdə özbaşınalıq törədən insanlıqdan uzaq olanlardan qorxmur və onlara nirət edirik. Xədicə İsmayılovanın hakim klanın iqtisadi cinayətlərini, korrupsiyanı ifşa edən bütün jurnalist araşdırmalarında onunda yanında olacağıq.
Biz Xədicə İsmayılovanın prezident İlham Əliyevin ailəsinin biznes strukturlarının cəsarətli araşdırılarına dəstək veririk.
Biz Beynəlxalq Qadın Hüquqları Müdafiəsi Təşkilatlarına, jurnalistlərə, hüquq müdafiəçilərinə müraciət ünvanlayacağıq. Mafioz hakim klanın cinayətkar əməlləri beynəlxalq aləmə çatdırılacaq.

Bəyanatı imzalayıb:

1.Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
2.Mirvati Qəhrəmanlı, Netçilərin Hüquqularını Müdafiə Komitəsi
3. Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
4. Sevinc Məmmədyarova, jurnalist
5. Mətanət Əzizova, Qadın Krizis Mərkəzi
6. Fizzə Heydərli, jurnalist
7. Bahar Hacızadə, vətəndaş cəmiyyəti fəalı
8. Təranə Kazımova, jurnalist
9. Mətanət Əliyeva, Media Dəstək Mərkəzi
10. Başxanım Abbasova, Müsavat Partiyası
11.Samirə Ağayeva, vəkil
12. Təranə Həsənova, jurnalist
13. Samirə Quliyeva, jurnalist
14. İradə Cavadova, İnsan Hüquqları Üzrə Maarifləndirmə Mərkəzi
15. Lalə Fərəcova, Müsavat Partiyası
16. Vəfa Cümşüdlü, Müsavat Partiyası
17.Lətifə Məlikova, İnsan Hüquqları və Hüquqi Maarifləndirilməsi Regional Mərkəzi
18. Mehriban Vəzir, İctimai Palata Koordinasiya Şurası
19. Gözəl Bayramlı, AXCP sədrinin muavini
20.Хədicə Nəsirli, memarlıq doktoru
21. Sevinc Fərəcova, həkim
22. Şirinbacı Rzayeva, AXCP

~ tərəfindən Patriot 12/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma