SAAKAŞVİLİ RƏSULZADƏNİN ŞÜARINI SÖYLƏDI (VİDEO)

Bir kərə yüksələn bayraq, bir daha enməz!

Saakaşvilidən İlham Əliyevə, deputatlara ADR və Rəsulzadə dərsi…

Martın 7-də Azərbaycan Milli Məclisində çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya mövzusuna da toxunub.

“Media forum” saytının məlumatına görə, Gürcüstan prezidenti deyib: “Bu gün Rusiya yüz il bundan əvvəl yaşadığı tarixi yaşayır. Hər bir dövrdə Rusiya öz işğalçı məqsədinin qurbanı olub. Elə SSRİ də öz daxilindən – imperiya siyasəti ucbatından dağıldı”.

Mixail Saakaşvili əlavə edib ki, Qafqazda dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan öz müstəqilliklərini qazanıb. Bu müstəqilliyə heç bir ölkə, xüsusilə də Rusiya qənim kəsilə bilməyəcək”.

Gürcüstan prezidenti vurğulayıb ki, o, Rusiya xalqına qarşı deyil: “Əksinə, rus xalqına güclü dövlət arzulayıram. Sadəcə, Rusiya bu gün də qonşu ölkələrdə, xüsusilə Qafqazda imperiya
məqsədlərindən əl çəkmir ki, biz də bunun qəti əleyhinəyik. Mən Rusiyaya çox qüdrətli olmağı arzulayıram ki, dövlət olaraq öz sərhədlərini dəqiq bilsin”.

~ tərəfindən Patriot 07/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma