GƏNCLƏRİN MİTİNG MÜRACİƏTİ

Gənclər martın 17-nə mitinq təyin etdi…

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 17-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu təqdim edib.

Martın 5-də “Media forum” saytına açıqlamasında komitənin İdarə Heyətinin üzvü Samir Əsədli deyib ki, mitinqdə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, təhsildəki korrupsiya hallarına etiraz bildirilməsi, siyasi məhbusların azadlığa buraxılması tələbinin səsləndirilməsi planlaşdırılır: “Mitinqin keçirilməsi üçün yerlər təklif etmişik. Bakı Şəhər İcra Hakimiyyəti şəhərə yaxın olan ərazilərdə başqa yer təklif edərsə, aksiyanı orada da keçirə bilərik”.

Samir Əsədli qeyd edib ki, mitinq üçün müraciətə müsbət cavab verilməsə, icazəsiz aksiya keçirməkdə qərarlıdırlar.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-də mitinq keçirmək istəyirdi. Bakı Şəhər İcra Hakimiyyəti tələb olunan yerlərdən heç birini mitinq üçün uyğun saymadığından aksiya təxirə salınmışdı.

~ tərəfindən Patriot 05/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma